Dünən Siyəzən rayonu, Bakı-Quba yolunun 90-cı kilometirliyində baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə Siyəzən Broyler ASC-yə məxsus ümumi sahəsi 8960 kv.m olan sökülmüş sexlərin içərisində məişət tullantıları, ərazidə 3 hektar yabanı otlaq sahəsi və Kiçik Həmyə kənd bələdiyyəsinə məxsus 150 ha sahədə kol-kos və 30 ədəd meşə zolağında olan ağac yanıb.
Yaxınlıqdakı cücə sexləri, meşə zolağının qalan hissəsi, üzüm bağları, yaxınlıqdakı fermalar və yaşayış evləri yanğından mühafizə olunub.
Yanğın iyulun 7-də saat 06.10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.