Yaşayış binalarında yanğın başlayanda adətən kiçik olur, amma çox sürətlə yayılır.
Bunun elmi yolla sınanmasının ən düzgün yolu bütün meyarları nəzərə alaraq, real həyat şəraitinin yaradılmasından sonra yanğının başladılmasıdır.
Vaşinqton yaxınlığındakı Milli Standartlar və Texnologiya İnstitutunun nəzdində yerləşən Yanğın Araşdırma Laboratoriyasında bunu etmək mümkündür.
“Bu sadəcə materiallardan deyil, onların bir-biri ilə necə birləşməsindən asılıdır. Məsələn, qaynaqla və ya bolt ilə birləşmiş dəmirlər yanğına tamam fərqli reaksiya verə bilər. Biz burada yalnız yanğının baş verə biləcəyi ortamı yaratmırıq, biz otaqda real həyatda olduğu kimi oturacaq, mebel və digər əşyalar yerləşdiririk və yanğının hərəkətini izləyirik.”
Burada yandırılan quruluşlar üç mərtəbə hündürlüyündə və ya 20 megavat buraxılan enerji həcmində ola bilər. Bu, avtobus və ya kiçik evin dörd saat ərzində yanmasının ekvivalentidir.
“Biz yanğını enerji ilə, onun istilik buraxma nisbəti ilə ölçürük. Bu ən əhəmiyyətli göstəricidir. Təbii ki, həm də temperaturu ölçürük.”
Bu sınaqlar ərzində toplanılar məlumatlar yanğınla daha effektiv mübarizə metodları müəyyən etməyə kömək edir.
“Baxmayaraq ki, biz sınaqlar zamanı ABŞ-da istehsal edilən əşyaları yoxlayırıq, bizim topladığımız məlumatlar avropalı həmkarlarımızın da işinə yarayır. Amma, təbii ki, söhbət polad, beton kimi məhsullardan gedirsə, onların yanğına reaksiyasından toplanılar məlumatlar bütün dünya üçün uyğundur.”
Bu laboratoriyada yüksək keyfiyyətli qaz emal edən qurğular var deyə, havada çirkli maddələrin yayılmasının qarşısını alınır.
Onu da deyək ki, burada yanğının nəzarətdən çıxması mümkün deyil. Ehtiyac yarandığı halda yanğın əleyhinə mühafizə sistemi dəqiqə ərzində 11 ton su ilə gözlənilməz yanğının qarşısını ala bilər.