Accessibility links

"Məqsəd Xədicənin mətbuatla ünsiyyətini önləməkdir" [Audio-Müsahibə]


Yalçın İmanov
Yalçın İmanov

Araşdırmaçı jurnalisti Xədicə İsmayılın vəkili Yalçın İmanov Amerikanın Səsinə danışır

"Axtarış yalnız Xədicə İsmayılın vəkillərinin üzərində aparılır. Bu, ayrı-seçkilikdir - konvensiyanın 4-cü maddəsinin pozuntusudur. Axtarışın səbəbi aydındır. Xədicə İsmayılın hər bir halda mətbuatla ünsiyyətini və ya mediaya hər hansı açıqlamasının getməsini önləməkdir." Bu sözləri Amerikanın Səsinə müsahibəsində AzadlıqRadiosunun həbsdə olan araşdırmaçı jurnalisti Xədicə İsmayılın vəkili Yalçın İmanov deyib. Yalçın İmanov da daxil olmaqla X.İsmayılın vəkilləri üzəriləriində olan sənəd və əlyazmaların 4 saylı cəzaçəkmə müəssisəsinin giriş-çıxışında davamlı olaraq axtarışa məruz qaldığını və bu barədə məhkəməyə şikayət etdiklərini bildirib. Bu gün Xətai Rayon Məhkəməsində şikayətə baxılıb.

please wait

No media source currently available

0:00 0:07:37 0:00
Xədicə İsmayılın vəkillərinin onun saxlandığı 4 saylı cəzaçəkmə müəssisəsinə giriş və çıxışda şəxsən axtarışa məruz qalması və sənədlərin qanunsuz senzura olunması həm konfidensial ünsiyyət hüququnun pozuntusudur, həm də yazışma sirrinə müdaxilədir. Bu isə Azərbaycanın qoşulduğu Avropa İnsan Haqları Konvensiyasının 8-ci və 34-cü maddəsinin pozuntularını yaradır.
Yalçın İmanov

"Şikayət müdafiə hüququnun pozuntularının tanınması, dəymiş maddi təzminatla bağlı idi. Hesab edirik ki, Xədicə İsmayılın vəkillərinin onun saxlandığı 4 saylı cəzaçəkmə müəssisəsinə giriş və çıxışda şəxsən axtarışa məruz qalması və sənədlərin qanunsuz senzura olunması həm konfidensial ünsiyyət hüququnun pozuntusudur, həm də yazışma sirrinə müdaxilədir. Bu isə Azərbaycanın qoşulduğu Avropa İnsan Haqları Konvensiyasının 8-ci və 34-cü maddəsinin pozuntularını yaradır," deyə vəkil Yalçın İmanov bildirib.

Şikayətə bu gün baxıldığını bildirən vəkil deyib ki, şikayət mahiyyəti üzrə araşdırılıb və şikayəti verən şəxs kimi özü və cəzaçəkmə müəssisəsinin iki nümayəndəsi dinlənilib. Ancaq vəkilin sözlərinə görə, sonda şikayətin icraata qəbul olunmasından imtina edildi: "Təbii ki, apellyasiya şikayəti verəcəyik və məhkəmədə də bildiridim ki, ölkədaxili müdaxilə vasitələrinin tükəndirməklə məşğuluq. Yekunda bu iş Avropa İnsan Hüquqları Məhkəməsinə göndəriləcək və əminəm ki, göstəriyim 8-ci və 34-cü maddənin pozuntusu məhkəmə tərəfindən tanınacaq".

Xədicə İsmayıl
Xədicə İsmayıl

Vəkil Yalçın İmanovun sözlərinə görə, axtarışlar 2015-ci il noyabrın 25-də işinə apellyasiya baxışı keçirilən Xədicə İsmayılın 4 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyü gündən başlayıb. O, həmin gündən bəri bugünədək sistematik, axtarışların və pozuntuların davam etdiyini bildirir.

"Bu gün məhkəmədə cəzaçəkmə müəssisəsinin nümayəndələri iştirak edirdi. Onlardan hansı hüquqi əsaslarla vəkilin sənədlərini yoxlayırsınız, üzərində yoxlamalar aparırsınız, axtarışa məruz qoyursunuz. Onlar heç bir əsas göstərə bilmədilər. Təkcə vəkillər yox, indiyədək Xədicə İsmayıl özü də vəkillərlə görüşə gələn zaman yoxlamalara məruz qalır," deyə vəkil Amerikanın Səsinə bildirib.

Onların apardığı axtarışın, axtarışın metodunun, diqqətlə sənədləri sözbəsöz oxumalarının motivi, məqsədi məhz Xədicənin media üçün açıqlamalarının, yazılarının olub-olmamasını təftiş etməkdir.
Yalçın İmanov

İmanovun dediyinə görə, məhkəmədə iştirak edən 4 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin rəisi Vaqif Əyyubov vəkilin suallarını cavablandırarkən bildirib ki, onlarda əməliyyat məlumatları olur və bunun əsasında da Xədicə İsmayıl və müdafiəçilər yoxlanılır: "Əslində bu, aşkar məsələdir. Onların apardığı axtarışın, axtarışın metodunun, diqqətlə sənədləri sözbəsöz oxumalarının motivi, məqsədi məhz Xədicənin media üçün açıqlamalarının, yazılarının olub-olmamasını təftiş etməkdir."

Yalçın İmanov bildirib ki, bu axtarışlar əsasında onun qeydləri martın 18-də cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən müsadirə edilib.

XS
SM
MD
LG