Araşdırmaçı jurnalist Xədicə İsmayılova və Almaniyalı rejissor Benyamin Best (Benjamin Best) Leypsiqin “Kütləvi informasiya vasitələrinin azadlığı və gələcəyi uğrunda” mükafatına layiq görülüb.
Bu barədə iyunun 25-də Leyptsiqin hər bir laureata 10 min avro miqdarında mükafat ödənilməsinə görə cavabdeh olan Sparkasse bankının Mətbuata Dəstək Fondu məlumat yayıb.
2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayılova vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilib.
Ali Məhkəmə 2016-cı il mayın 25-dəki qərarı ilə həbs müddətini 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb. Sonradan bu müddət 2 il 3 aya salınıb.
Xədicə İsmayıl bütün ittihamları rədd edir, prezident ailəsinin biznesi barədə araşdırmalarına görə cəzalandırıldığını bildirir.