İnsan haqları müdafiəçiləri və media azadlığı təşkilatları dünya miqyasında 180 jurnalistin İsrailin hərbi səviyyəli casus proqramı-Pegasus tərəfindən hədəf alındığı xəbərlərinə görə narahatlıqlarını ifadə edir.
Azərbaycanın əsas xəbər orqanlarında çalışan bir çox jurnalist və redaktorların telefon nömrələri də sözügedən siyahıda yer alır. Onlardan biri də araşdırmaçı jurnalist Xədicə İsmayıldır. O Amerikanın Səsinə müsahibəsində Pegasus vasitəsi ilə insanların izlənilməsi və dinlənilməsinə qarşı hüquqi prosedurlar, beynəlxalq reaksiyalar və bu barədə aparılan təhqiqatlar barədə danışıb.