Britaniya mediasının bildirdiyinə görə, İran rəsmiləri ərinə xəyanət ittiamı irəli sürülən qadına qarşı daşa basmaqla ölüm hökmünü təxirə salmışlar. Times of London qəzetinin dünən gecəki nömrəsində və ölkənin 4-cü Televiziya kanalında İranın Londondakı səfirliyinin bəyanatına istinadən bildirilib ki, Səkinə Məhəmmədi Aştianı daşa basılmaqla edam edilməyəcək. Xatırladaq ki, Xanım Məhəmmədiyə qarşı məhkəmə hökmünə qərv dövlətləri və müxtəlif təşkilatlar güclü rəaksiya göstəriblər.
Guardian qəzeti də öz növbəsində xanım Məhəmmədiyə qarşı ölüm cəzasının daşa basılmaqla həyata keçirilməyəcəyinı bildirib. Lakin ölüm cəzasının hansı yolla icra olunacağı hələlik aydın deyil. Bir çox qərb dövlətləri və insan haqları qrupları xanım Məhəmmədinin daşa basmaqla edamı barədə hökmə etirazlarını bildirmişdi.
Dünən ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner daşa basmaqla edam edilmənin qəddarca hərəkət oluğunu və insan hüquqlarını nəzərə almadığını deyib.
Bu arada İranda Azərbaycanlı Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin Türkiyə təmsilçisi Yaşar Həqqaqpur Amerikanın səsinə verdiyi müsahibəsində bildirib ki, vəkillərin appelyasiya məhkəməsinə şikayəti də daxil olmaqlaTəbrizli xanımın ölüm cəzasının ləğvi üçün edilən müraciətlərdən bir nəticə əldə edilə bilməyib.