Accessibility links

Xol Qaraqaşlı kəndinin sakinləri və seçdikləri nümayəndə ədalətli torpaq bölgüsü tələb edir


Vəfa Nağı polis tərəfindən saxlanılır
Vəfa Nağı polis tərəfindən saxlanılır

İyunun 19-da Neftçala rayonunun (Bakıdan 174 kilometr cənub) Xol Qaraqaşlı kənd bələdiyyəsinin üzvü Vəfa Nağı kənd bələdiyyəsinin sədrinin rüşvət alması hallarının araşdırılması tələbi ilə Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edib.

Bələdiyyə üzvü mediaya müsahibə verərkən rüşvət almaqda ittiham etdiyi bələdiyyə sədri Əlibala Səlimovun portretini qaldırıb. Bu zaman polis əməkdaşları bələdiyyə üzvünün əlindən portreti alıb və onun müsahibəsini davam etdirməsinə imkan verməyib.

Vəfa Nağı: Biz geri addım atmayacayıq
please wait

No media source currently available

0:00 0:04:05 0:00

Polis Vəfa Nağını saxlayıb, sonra 20 Yanvar metro stansiyasının qarşısında sərbəst buraxıb.

Kəndin İnkişaf Fonduna ayrılmış 80 hektar torpaq sahəsində oğlunun adına şirkət düzəldib. Kənd camaatı bələdiyyə sədrinin qanunsuz əməllərinin əleyhinə iki dəfə etiraz aksiyası keçirib. Onlar hüquq-mühafizə orqanlarına dəvət edilib, dindiriliblər. Müxtəlif qurumlara 60 şikayət məktubu yazıblar.
Vəfa Nağı, bələdiyyə üzvü

Vəfa Nağı Amerikanın Səsinə deyib ki, bələdiyyə sədri otlaq sahələrini qanunsuz olaraq icarəyə verir, kənd sakinlərinə ev tikmək üçün nəzərdə tutulan torpaq sahələrini rüşvət müqabilində verir.

“Kəndin İnkişaf Fonduna ayrılmış 80 hektar torpaq sahəsində oğlunun adına şirkət düzəldib. Kənd camaatı bələdiyyə sədrinin qanunsuz əməllərinin əleyhinə iki dəfə etiraz aksiyası keçirib. Onlar hüquq-mühafizə orqanlarına dəvət edilib, dindiriliblər. Müxtəlif qurumlara 60 şikayət məktubu yazıblar. Amma bu günədək nəticəsi yoxdur,” o qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə Vəfa Nağının bələdiyyə üzvü olduğu kənddə onun Facebook profilində əvvəllər yerləşdirdiyi çimərlik paltarında olan fotoları yapışdırılıb. Vəfa Nağı bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət verib və fotolarının bələdiyyə sədri tərəfindən yapışdırıldığını iddia edir.

Vəfa Nağı və Əlibala Səlimov (kollaj)
Vəfa Nağı və Əlibala Səlimov (kollaj)

Bələdiyyə sədri Əlibala Səlimov Vəfa Nağının iddialarını qəbul etmir.

Səlimov Amerikanın Səsinə müsahibəsində bildirib ki, 2019-cu ildə Xol Qaraqaşlı bələdiyyəsinin büdcəsinə 11100 manat pul mədaxil olub.

please wait

No media source currently available

0:00 0:09:23 0:00

O, Bələdiyyənin İnkişaf Fonduna aid olan 80 hektar torpaqda oğlunun şirkət yaratması ilə bağlı iddiaya cavabda deyib ki, bu fonda aid torpaqları icarəyə vermək olmaz.

“Bələdiyyənin Ehtiyat Fondu var. O torpaqlardan 9 hektar oğluma icarəyə vermişəm. Yəni sənədi də var, kupçası da var, qayda-qanunla olub. 80 hektar yox, 9 hektar torpaq vermişəm. Burada qanun pozuntusu yoxdur.”

O torpaqlardan 9 hektar oğluma icarəyə vermişəm. Yəni sənədi də var, kupçası da var, qayda-qanunla olub. 80 hektar yox, 9 hektar torpaq vermişəm.
Əlibala Səlimov, bələdiyyə sədri

O, `Ehtiyat Fondundan kəndin digər sakinlərinə neçə hektar icarəyə veribsiniz?` - sualının cavabında deyib ki, camaat nə qədər müraciət edib, o qədər də camaata verilib.

“Kənd camaatına da 15, 20, 18, 25 hektar torpaq sahəsi icarəyə verilib.”

Səlimov rüşvətlə bağlı iddiaya cavabda deyib ki, 2011-ci ildən bələdiyyə üzvlərindən üzvlük haqları nağd şəkildə yığılmır.

“Qanun əsasında vətəndaşlar aldığı torpaqların vergisini poçt vasitəsi ilə bələdiyyənin büdcəsinə köçürür. Rüşvətlə bağlı dedikləri böhtandır. Kənd camaatı bütün instansiyalara 37 şikayət məktubu yazıb. Gəlib yoxlayıblar. Onlar yazır ki, Əlibala Səlimov 700 hektar torpaq satıb, 300 hektar bacısı oğluna, 300 hektar o birisi bacısı oğluna verib.Cəmi 352 hektar bələdiyyə torpağımız var. Gəlib yoxlayırlar, görürlər ki, bunun hamısı böhtandır, yalandır, şantajdır.”

Bələdiyyə sədri kənd camaatının etiraz aksiyaları keçirməsinə münasibət bildirərkən deyib ki, 7-8 adam gedib aksiya keçirib.

“7-8 nəfər Vəfa fikirli adamlar bir dəfə aksiya keçiriblər. Yəni, ona da aksiya demək olarsa. Bələdiyyədə 3750 insan yaşayır. Aksiya edənlər əhalinin heç 0.01 faizini də etmir.”

Sədrin dediyinə görə, şikayət yazanlar camaatı aldadıb ki, dövlət torpaqlarından örüş yeri alacaqlar.

“Bələdiyyənin nəzdində cəmi 9,5 hektar örüş torpaqları var və həmin torpaqdan camaat istifadə edir,” o qeyd edib.

Narazı kənd sakinlərindən biri Amerikanın Səsinə deyib ki, bələdiyyə sədri perspektivli 63 hektar Ehtiyat Fondu torpağını 20 illik zəbt edib. Fondun mərkəzində olan 9 hektar torpağı oğlu Ozal Səlimovun adına özəlləşdirib. 180 hektar Şorsulu torpaqlarını Elşən adlı Salyan rayon sakininə 49 il müddətinə icarəyə verib.

please wait

No media source currently available

0:00 0:07:00 0:00

Digər sakin isə bildirib ki, Səlimov İnkişaf Fondu torpaqlarında “Muğan 2017” adlı kooperativ yaradıb. Muğan kooperativi 40 hektar torpağın hər hekatarından 60 sentner pambıq götürüb.

Ozal Səlimov İnkişaf Fondu torpaqlarında “Muğan 2017” adlı kooperativ yaradıb. Muğan kooperativi hər il 40 hektar torpağın hər hekatarından 60 sentner pambıq götürüb.Burada bütün xərcləri çıxanda hər il 100 min Azərbaycan manatı qalır. Kooperativ 3 ildir mövcuddur və hər il bu miqdarda pambıq götürülüb. Lakin bələdiyyə büdcəsinə vəsaitr köçürülməyib
Şikayətçi kənd sakini

“Bu 240 ton pambıqdan gələn gəlir bələdiyyə büdcəsinə köçürülməyib. Burada bütün xərcləri çıxanda 100 min Azərbaycan manatı qalır. Kooperativ 3 ildir mövcuddur və hər il bu miqdarda pambıq götürülüb. Lakin bələdiyyə büdcəsinə vəsait köçürülməyib. Bundan başqa kolxozlar ləğv olunanda Səlimov sədr olub. O, kolxozun əmlakının çox hissəsini kolxoz üzvləri arasında bölməyib.

“İndi vaxtında bölünməyən kolxoz əmlakında özü, bacısı oğlu, bacanağı ferma saxlayır.”

Sakin Amerikanın Səsinə bildirib ki, hökumət orqanları şikayətlərinin araşdırldığını bildirir.

Bununla yanaşı bir qrup sakin Ehtiyat Fondu torpaqlarından otaraq kimi istifadə etmək məqsədi ilə oradakı darvazanı açdığını deyib.

“Bundan sonra Əlibala Səlimov kənd sakinlərindən rayon polis şöbəsinə şikayət edib. Kəndin 30 nəfər sakini hələ də polisə çağırılır, təzyiq edilir,” o qeyd edib.

Neftçala rayonunun Xol Qaraqaçlı bələdiyyəsi 1999-cu ildə yaradılıb.

Bələdiyyəyə Xol Qaraqaşlı, Mürsəqulu kəndləri daxildir. Bələdiyyə ərazisində 3441 nəfər yaşayır.

XS
SM
MD
LG