Accessibility links

Xol Qaraqaşlı kəndinin on sakini inzibati qaydada cərimələnib


Xol Qaraqaşlı kəndinin narazı sakinləri
Xol Qaraqaşlı kəndinin narazı sakinləri

Neftçala rayon Polis Şöbəsi Xol Qaraqaşlı (Bakıdan 174 kilometr cənub) bələdiyyəsinin10 nəfər üzvünün hər birini İnzibati Xətalar Məcəlləsinin 211.2 maddəsinin (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) tələblərini pozmaqda günahlandıraraq 50 manat cərimə edib.

Bu barədə Amerikanın Səsinə Xol Qaraqaşlı bələdiyyəsinin üzvü Vəfa Nağı bildirib.

Onun sözlərinə görə, kənd sakinləri hər hansı qaydanı pozmayıb və baş verənlər Facebook-da canlı yayımda yayımlanıb.

“Sadəcə iyunun 20-də kənd bələdiyyəsinin sədri Əlibala Səlimov 30 nəfər kənd sakinin iştirakı ilə iclas keçirib. Bələdiyyə sədrinin qanunsuz əməllərindən şikayətçi olan insanlar iclasa buraxılmayıb. Bu zaman kəndə gələn polis əməkdaşları iclasda bələdiyyə sədrinin üstünlüyünü yaratmaq məqsədi ilə narazı kənd sakinlərini iclasa buraxmayıb. İndi iclasa buraxılmayan narazı kənd sakinləri karantin qaydasını pozmaq adı ilə cərimə olunub, lakin 30 nəfərin iştirakı ilə iclas keçirənlər cərimə olunmayıb. Əslində bələdiyyə iclasında bələdiyyə sədrinin üstünlüyünün yaradılması üçün sakinlərin iclasda iştirakına mane olanlar və karantin qaydalarına zidd olaraq on nəfərdən artıq insanı bir yerə toplayaraq iclas keçirənlər inzibati yox, hüquqi məsuliyyət daşıyır. Mən vəkillə məsləhətləşəndən sonra hüquq-mühafizə oranlarına cinayət işi qaldırılması ilə bağlı müraciət edəcəm,” bələdiyyə üzvü Vəfa Nağı qeyd edib.

Xol Qaraqaşlı kənd polis sahə rəisi Amerikanın Səsinə kənd sakinləri barədə inzibati protokol tərtib edildiyini təsdiq edib.

“Kim karantin qaydalarını pozubsa onlar barəsində inzibati protokol tərtib edilib,” o qeyd edib.

Xol Qaraqaşlı bələdiyyəsində bir qrup sakinlə bələdiyyə sədri arasında mübahisə yaranıb. Kənddəki narazı insanlar bir neçə dəfə etiraz aksiyaları keçirib, müxtəlif dövlət orqanlarına 60-dan çox şikayət yazıb. Bələdiyyə sədrinin bələdiyyə torpaqlarını qanunsuz olaraq rüşvət müqabilində icarəyə verdiyi, oğlunun adına torpaq özəlləşdirdiyi, bələdiyyə mülkiyyətindən qohumlarının istifadə etdiyi ilə bağlı faktları vəzifəli şəxslərin diqqətinə çatdırıb. Buna baxmayaraq hələ də narazı insanların şikayətlərinin araşdırılıb-araşdırlmaması barədə onlara məlumat verilməyib.

Rəsmi qurumlar Xol Qaraqaşlı bələdiyyəsində baş verənlərlə bağlı şərh verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG