Sudan Respublikasının parlamenti 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində insanların kütləvi qətlə yetirilməsini soyqırımı aktı kimi tanıyıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin şöbə müdiri Hikmət Hacıyev bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Sudan Respublikasının parlamentinin qəbul etdiyi qətnamədə BMT-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrə və İslam Əməkdaşlıq Təşkilatının qərarlarına istinad edilərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü pislənir.
Qətnamədə soyqırımı insanlığa qarşı cinayət kimi qiymətləndirilib və qaçqınların kompensasiya almaq hüquq tanınıb.