Accessibility links

Elmar Məmmədyarov: Azərbaycan Xəzərə dair məsələlərin dövlətlərin suverenliyinə hörmət ruhunda həllinə sadiqliyini təsdiq edir


Xarici işlər naziri Elmar Məmmədyarov
Xarici işlər naziri Elmar Məmmədyarov

Nazir Xəzəryanı dövlətlərin xaici işlər nazirlərinin Moskva konfarnsında çıxış edib

"Azərbaycan əməkdaşlığın bütün sahələrində, o cümlədən Xəzər dənizinin hüquqi statusuna dair məsələlərin Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət ruhunda, qarşılıqlı tərəfdaşlıq, sülh vasitələri və danışıqlar yolu ilə həllinə sadiqliyini bir daha təsdiq edir".

Amerikanın Səsinin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycanın mövqeyini xarici işlər naziri Elmar Məmmədyarov bu gün Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransındakı çıxışında bəyan edib

Nazir bildirib ki, bu ilin payızında Astraxanda nəzərdə tutulan gündəliyin tam hazırlanması və Xəzəryanı dövlətlərin ölkə başçılarının sammitində yekun sənədlərin qəbulu, Xəzər probleminin təməl prinsiplərinin razılaşdırılmasına dair gözəçərpacaq dərəcədə irəliləyişə zəmin yaradacaq, Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün mövcud bazanı möhkəmləndirəcək.

Məmmədyarovun sözlərinə görə, Xəzər regionu dövlətlərinin əməkdaşlığı üçün hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə əhəmiyyətli iş görülüb.

"Hazırda Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq haqqında saziş hazırlanıb və imzalanmağa hazırdır. Bununla yanaşı Xəzər dənizində fövqəladə vəziyyətlər barədə xəbərdarlıq və onların aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş razılaşdırılıb.

Həmçinin Xəzər dənizinin bioloji resurslarının qorunub saxlanılması və rasional istifadəsi haqqında sazişin son uyğunlaşdırması üzərində ekspertlərin işi davam edir", o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG