Accessibility links

Türkmənistanda Xəzərin bioloji resursları


Vaşinqtonda Xəzər enerjisi və geosiyasətinə dair diskussiya keçirildi
Vaşinqtonda Xəzər enerjisi və geosiyasətinə dair diskussiya keçirildi

Xəzəryanı ölkələr dənizin bioloji resurslarından rasional istifadə barədə saziş layihəsini müzakirə edir

Aşqabadda Xəzər dənizinin bioloji resurslarının saxlanmasına və rasional istifadəsinə dair saziş layihəsi üzrə regional müşavirə keçirilir.

Türkmənistan mətbuatının məlumatına görə, tədbiri ölkə Xarici İşlər Nazirliyi təşkil edib.
Müşavirədə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın Xarici İşlər Nazirlikləri və müvafiq qurumların rəhbərləri iştirak edir.

Görüş iştirakçıları Xəzər dənizinin bioloji resurslarının saxlanması və rasional istifadəsinə dair saziş layihəsini hazırlamalı, bu sahədə Xəzəryanı ölkələrin effektiv qarşılıqlı əməkdaşlıq mexanizmini formalaşdırmalıdır.

Görüş zamanı tərəflər nərə balıqlarının ovlanmasına kvota da daxil olmaqla, bioresurslardan istifadə normalarının müəyyən edilməsi qaydaları, ətraf mühitin qorunması sahəsində milli proqramların koordinasiyası, dəniz akvatoriyasında balıq sənayesi fəaliyyətinin tənzimlənməsi üzrə təkliflərini təqdim ediblər.

Aktual məsələlər sırasında həmçinin Xəzərin monitorinqinin həyata keçirilməsi, bu sahədə kompleks elmi araşdırmaların aparılması, əhalinin ekoloji maarifləndirilməsi qeyd olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG