Amerika Birləşmiş Ştatları və Qərbin aparıcı karikatura ustaları araşdırmaçı jurnalist Xədicə İsmayilovanın Azərbaycanda həbsi və ölkədə mətbuatın durumu ilə bağlı karikaturalar çəkiblər. Karikaturalarda Azərbaycanda siyasi azadlıqların bərbad durumu, prezident İlham Əliyevin repressiv siyasəti və Azadlıq Radiosunun həbs olunmuş jurnalistinin cəsarəti tərənnüm olunur.