ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç və İnsan Hüquqları üzrə Avropa komissarı Nil Mujnieks bu gün Xədicə İsmayılın 7,5 il azadlıqdan məhrum edilməsini qınayıb.
Onların birgə bəyanatında deyilir ki, hakimiyyət Azərbaycanda tənqidi səsləri susdurmaqda davam edir.
Bu, Azərbaycanda demokratiya və qanunun aliliyinə və insan hüquqlarına hörmətə zərbədir.
“İsmayıla qarşı ədalətsiz məhkəmə aydın şəkildə göstərir ki, Azərbaycan hakimiyyəti tənqidi səsləri susdurmaqda davam edir. Mən yenidən hakimiyyəti jurnalistlərə qarşı təzyiqləri dayandırmağa çağırıram,” Miyatoviç bildirib.
“Xədicə İsmayıl tənqidi səslərin bir-birinin ardınca susdurulduğu ölkədə araşdırmaçı jurnalist kimi cəsarətli işinə görə cəza çəkir. Bu, Azərbaycanda demokratiya və qanunun aliliyinə və insan hüquqlarına hörmətə zərbədir,” öz növbəsində Mujnieks qeyd edib.
Ötən həftə Miyatoviç Azərbaycan rəsmilərinə məktub yazaraq Xədicə İsmayılın məhkəməsində iştirak etmək üçün onun Bakıya səfərinə yardımçı olmağı xahiş etmişdi. Azərbycan hökuməti onun məktubunu cavabsız qoyub.