Accessibility links

"Xədicənin səyahətinə icazə verilməməsi hökumətin imicini daha da pisləşdirəcək"


Right Livelihood Awards-ın icraçı direktoru Ole Von Uekskull Xədicə İsmayılovanın aldığı Alternativ Nobel mükafatı barədə Amerikanın Səsinə danışıb. Onunla müsahibəni təqdim edirik:

Amerikanın Səsi: Right Livelihood Mükafatı nədir? Nə üçün o, “Alternativ Nobel mükafatı” adlanır? Bu mükafatın məqsədi nədir?

Ole Von Uekskull: Mükafat 1980-ci ildə başayıb və əvvəllər məqsəd o idi ki, dünyanın ən aktual problemlərinə real, praktik, sınanmış həll yolları irəli sürən o qədər çox insan və təşkilat var ki, biz bu insanları dəstəkləyib, onarın işlərini vurğulamaq üçün nəsə etməliyik. Bu ideyanı mənim alman və isveç ailəsindən gələn əmim Ceykob Von Uekskull ərsəyə gətirib. Bildiyiniz kimi, Nobel mükafatının təsisçisi Alfred Nobel insanlığa ən böyük fayda verənləri mükafatlandırmaq istəyirdi. Ceykob Von Uekskullun ideya isə bu idi ki, dünyada ən böyük çətinliklər üzərində işləyən insanlar var və bəlkə də insanlığa ən böyük faydanı elə onlar verirlər. Buna görə də o, Nobel Fonduna pul təklif edib ki, onlar yeni kateqoriya yaratsın. Lakin bu təklif rədd edilib, ona görə də bu mükafatın ləqəbi “Alternativ Nobel mükafatı” olaraq qalıb. Bu səbəbdən də o, öz fondunu başladıb və beləlikdə Right Livelihood Awards yaradıb və artıq 37 ildir işini davam etdirir.

Aydınır ki, Azərbaycanın cəlb olunduğu çox sayda korrupsiya və vəzifədən sui-istifadə halları var ki, bunların təkcə Azərbaycana deyil, İsveç, Birləşmiş Krallıq, İtaliya və bir çox digər ölkələr ilə əlaqəsi var.
Ole Von Uekskull

Amerikanın Səsi: Namizədlər necə seçilir? Komitə üzvləri kimlərdir?

Ole Von Uekskull: Bizim nominasiya prosesimizin gözəl cəhəti ondan ibarətdir ki, hər kəs öz nominasiyasını göndərə bilər. Bunu etmək üçün Nobel mükafatında olduğu kimi parlament üzvü və ya professor olmağına ehtiyac yoxdur. Hər il bizə təxminən 100 ölkədən nominasiya gəlir. Daha sonra beynəlxalq jüri bizim namizədlərdlə bağlı topladığımız araşdırma hesabatlarına əsaslanaraq həmin nominasiyaları nəzərdən keçirir. Biz isə bu məlumatları həmin ölkəyə səfər edib, namizədlərlə görüşərək əldə edirik. İstənilən şəxs nominasiya irəli sürə bildiyi üçün, bizim hər bir namizəd barədə ətraflı məlumat toplamağımız zəruridir. Biz onların tənqidçiləri ilə də söhbət edirik və həm də onları əsaslı şəkildə nəzərdən keçiririk.

Beynəlxalq komitədə hər qitəni təmsil edən bir nəfər yer alır. Bu insanlar həm regionu yaxşı tanıyır həm də nəzərdən keçirilən məsələlər barədə kifayət qədər məlumatları var. Məsələn, biz bu gecə Stokholmda laureatların adını açıqladıq və bu açıqlamanı BMT-nin dinc toplaşmaq azadlığı və assosiasiya hüququ üzrə keçmiş xüsusi məruzəçisi Maina Kiai etdi. O, keniyalıdır və bir çox ölkədəki insan hüquqları problemlərini yaxşı bilir.

Amerikanın Səsi: Bu ilki mükafatın laureatlarından biri Xədicə İsmayılovadır. Niyə məhz Xədicə? Komitə üzvlərinin onu seçməsinə nə səbəb oldu?

Xədicə İsmayıl
Xədicə İsmayıl

Ole Von Uekskull: Xədicə bizi gördüyü işin keyfiyyəti və araşdırmaçı jurnalistikası, eləcə də bu işi görmək üçün tələb olunan cəsarəti sərgilədiy və bütün təzyiqlərə, qaralama kampaniyalarına, həbs olunmasına baxmayara işini davam etdirdiyinə görə ilhamlandırıb. Onun araşdırmasında tək Azərbaycan deyil, həm də bütün dünya üçün vacib nəticələri olan məsələlərin üstü açılıb, çünki onun araşdırması Azərbaycanın hakim elitası ilə Avropa biznesləri, avropalı siyasətçilər, Avropa Şurasının üzvləri arasındakı əlaqələri və onların rüşvət aldığını göstərir. Məsələn İsveçin telekom şirkəti TeliaSoneranın adı Azercell şirkətindən aldığı naməlum ödənişlərdə hallanıb.

Aydınır ki, Azərbaycanın cəlb olunduğu çox sayda korrupsiya və vəzifədən sui-istifadə halları var ki, bunların təkcə Azərbaycana deyil, İsveç, Birləşmiş Krallıq, İtaliya və bir çox digər ölkələrlə əlaqəsi var.

Amerikanın Səsi: Bildiyiniz kimi Xədicə İsmayılovaya ölkəni tərk etməyə icazə verilmir, bu halda sizin təşkilatınız mükafatı ona çatdırmaq üçün nələr edəcək?

Ole Von Uekskull: Biz bunu önümüzdəki günlər və həftələrdə onun özü ilə müzakirə edəcəyik. Bizim bir neçə yaxşı variantımız var. Təbii ki, texnologiya bizə imkan yaradacaq ki, o bura gələ bilməsə də, biz onunla canlı bağlantı yaradaq. Amma fikrimcə yaxşı olardı ki, Azərbaycan höküməti onun səyahət etməsinə icazə versin, çünki onlar Xədicənin bura gəlməsinə icazə verməsə bu, onlarla bağlı daha da mənfi imic yaradacaq.

Keçən il eyni vəziyyət fantastik feminist, misirli qadın haqları müdafiəçisi Mozn Hassanla baş verdi. O, qondarma ittihamlar səbəbilə Misirdən çıxa bilmirdi. Təbii ki, məqsəd onu susdrumaq idi. O keçən il dekabrda Stokholma gələ bilmədiyi üçün, biz mart ayında Qahirədə onun üçün böyük mükafat təqdimatı keçirdik. Laureat mükafatın təqdimat mərasiminə gələ bilməyəndə, mükafat laureta gedir.

Fikrimcə yaxşı olardı ki, Azərbaycan höküməti onun səyahət etməsinə icazə versin, çünki onlar Xədicənin bura gəlməsinə icazə verməsə bu, onlarla bağlı daha da mənfi imic yaradacaq.
Ole Von Uekskull

Amerikanın Səsi: Azərbaycandakı vəziyyətlə bağlı nə bilirsiniz? Bu cür mükafatlar Azərbaycan kimi ölkələrdə hər hansı dəyişikliyə gətirib çıxarır mı?

Ole Von Uekskull: Təbii ki, jüridə dünyanın bir çox ölkəsindəki vəziyyət ilə bağlı məlumata sahib nsanlar var. Onlardan biri də Maina Kiai idi ki, o, BMT-də insan haqları məsələlərini nəzərdən keçirirdi. Bundan əlavə isə biz nominasiyaları aldığımız ölkələr barədə ətraflı məlumat toplayırıq.

Bilirsiniz, biz bunu Azərbaycan üçün bir mükafat olaraq görürük. Biz Azərbaycanın Mərkəzi Asiyada ən pis insan haqları vəziyyətinə sahib ölkə olduğuna dair mesaj göndərmək istəmirik. Biz bilirik ki, orada elə ölkələr var ki onların vəziyyəti daha da pisdir. Bizim fikrimizcə, bu, Azərbaycan üçün qürur mənbəyi olmalıdır ki, Azərbaycanda ölkənin demokratiyasını müdafiə edən Xədicə kimi araşdırmaçı jurnalistlər və fəallar var və onlar bu işi söz azadlığı və demokratiya dəyərlərini qorumaq üçün görürlər. Bunun iki cəhəti var. Xədicə bu işi ölkəsində mövcud olan problemlərə görə edir, eyni zamanda isə ölkə də fəxr etməlidir ki, onun kimi insanlara sahibdir.

XS
SM
MD
LG