Accessibility links

xəbər44.com saytının redaktoru saxlanıb


xeber44şcom saytı
xeber44şcom saytı

O xuliqanlıda ittiham edilir.

Sentyabrın 10-da Masallı Rayon Məhkəməsinin qərarı ilə bölgədə fəaliyyət göstərən dini “xeber44.com” saytının redaktoru Araz Quliyev həbs olunub. O, Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (bir qrup şəxs tərəfindən xuliqanlıq) təqsirləndirilir. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu A.Quliyevin qardaşına istinadən bildirib.

A.Quliyev Masallıda keçirilən beynəlxalq folklor festivalına dindarların etiraz aksiyası zamanı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sentyabrın 8-də Araz Quliyev və Rza Ağalı beynəlxalq folklor festivalı ilə əlaqədar tədbirin pozulmasına cəhd göstərib. Nəticədə rayonun iki sakini və polis əməkdaşı xəsarət alıb, bir xidməti avtomobilin şüşələri sındırılıb.

“A.Quliyev jurnalist fəaliyyəti ilə məşğul olub. Etiraz edən dindarlar isə festivala aid tədbirdə diskotekanın, yarıçılpaq rəqqasələrin yığışdırılmasını tələb edib, milli adət-ənənələrə, milli mentalitetə hörmət etməyə çağırıblar. İstər Araz, istərsə də onunla bərabər həbs edilən dindarlar heç bir xuliqanlıq etməyib. Dindarlara qarşı polis və onların adamları xuliqanlıq edib. A. Quliyev Masallıda hicab qadağasına etirazları, rayonda baş verən neqativ halları işıqlandırdığına görə həbs edilib”, - qardaşı bildirib.

Onun sözlərinə görə, saxlanılanlar Masallı polisində işğəncələrə məruz qalıb və onların səhhəti pisləşib. Polis iki dəfə təcili tibbi yardım çağırıb.
Hazırda A.Quliyev Kürdəxanı istintaq təcridxanasında saxlanılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG