Accessibility links

Ceymstaun Fondunda konfrans: Azərbaycan-Gürcüstan-Türkiyə strateji ittifaqı


Vaşinqtonda keçirilən tədbirdə üç ölkə arasında əməkdaşlığın tarixi və inkişafı prespektivləri müzakirə olunub

Vaşinqtonda Ceymstaun Fondunun təşəbbüsü ilə “Azərbaycan-Türkiyə-Gürcüstan: Strateji tərəfdaşlığın əsasları və üzləşdiyi problemlər” mövzusunda konfrans təşkil edilib.

Tədbirdə iştirak edən Azərbaycan Xarici İşlər nazirliyinin sözcüsü Elman Abdullayev bu əməkdaşlığın tarixən möhkəm əsaslar üzərində qurulduğunu və gələcək nəsillər üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Azərbaycan rəsmisi bu əməkdaşlığın geostrateji vacibliyindən danışıb.

Elman Abdullayev Baki-Tibilisi-Ceyhan neft kəməri və Bakı-Tibilisi-Qars dəmiryolu xətti kimi lahiyələrdə nailiyyət əldə edildiyini bildirərək və bu kimi işlərin davam etdiriləcəyini söyləyib.

Cənab Abdullayev Amerikanın Səsinə müsahibədə Dağlıq Qarabağ probleminin həllinin gecikməsinin bölgənin inkişafı qarşında maneə olduğunu deyib və Ermənistanın daha çox zərər gördüyünü əlavə edib. “Bu kimi toplantılar keçirərək çatışmazlıqları və problemləri müzakirə etməliyik. Kimin doğru, kimin yanlış olduğu kimi müzakirələr aparsaq, vaxt itirərik,” deyə o, bildirib.

Gürcüstan və Türkiyədən olan ekspertlər region ölkələrinin hər birinin bu əməkdaşlıqdan bəhrələndiyini, onlar arasında tərəfdaşlıq əlaqələrinin sadəcə Qafqaz deyil, Orta Asiya regionu üçün də böyük rol oynadığını deyib. Onlar regionda təhlükəsizliyin birgə əməkdaşlıq nəticəsində mümkün ola biləcəyini qeyd edib.
XS
SM
MD
LG