Accessibility links

İmran Xan Hindistana xəbərdarlıq edib


Pakistanın baş naziri İmran Xan rəqib Hindistanın sərhədlərdə hərbi əməliyyat keçirməsinə dair xəbərdarlıq edərək, bunun Hindistanın bu yaxınlarda Kəşmirin statusu ilə bağlı əməlindən diqqətləri yayındırmaq mahiyyəti dağıdığını bildirib.

Xanın milli televiziya vasitəsi ilə yayımlanan xəbərdarlığı Pakistanın Müstəqillik Gününə təsadüf edib.

“Müstəqillik günü böyük xoşbəxtlik imkanıdır, ancaq biz bu gün kəşmirli qardaşlarımızın acınacaqlı durumundan kədərlənmişik”, Xan avqustun 14-də deyib.

“Kəşmirli qardaşlarımızı əmin edirəm ki, onlarla birlikdəyik”, o, sözlərinə əlavə edib.

Bu, Hindistan parlamentinin Kəşmir bölgəsinə əhəmiyyətli muxtariyyət təmin edən xüsusi statusu ləğv edərək, ştatın bölünməsinə dair qətnaməni təsdiq etməsindən bir neçə gün sonraya təsadüf edir.

Kəşmir regionunda ikinci gündür qadağan saatı kimi məhdudiyyətlər davam etdirilib. Əsgərlər paytaxt Srinaqarın boş qalmış küçələrinə nəzarət edir. İnternet, mobil və telefon rabitə vasitələri otuz ildir separatçılar tərəfindən zorakılıqlara səhnə olmuş bölgədə etirazların qarşısını almaq üçün bağlı olaraq qalıb.

Dehlidə solçu təşkilatların tərəfdarı olan yüzlərlə tələbə və Kəşmir sakini Hindistan hökuməti tərəfindən atılan addıma etiraz edərək, bunu Kəşmir xalqına qarşı qəddarlıq adlandırıb.

Qətnamənin Hindistan parlamentinin aşağı palatasında böyük əksəriyyətlə qəbul edilməsi baş nazir Narendra Modinin Kəşmir məsələsi və rəqib Pakistanla münasibətlərdə daha sərt mövqe tutacağına dair mesaj kimi qiymətləndirilir. Hindistan və Pakistan arasında Himalay dağlarındakı Kəşmir bölgəsi ilə bağlı illərdir ərazi mübahisəsi davam edir.

Hindistan hökumətinin bu addımı ilə Bharatiya Canata Partiyasında millətçilərin Kəşmirin öz konstitusiyasına malik olmasına və xarici işlər, müdafiə və kommunikasiyalar istisna olmaqla, bütün başqa məsələlərdə öz qanunlarını tərtib etməyə imkan verən konstitusiyadakı maddəyə son qoyulmasına dair uzun müddətdir verdiyi vədlər yerinə yetirilmiş olur.

Kəşmir həmçinin iki federal inzibati əraziyə bölünəcək və Dehlinin regiona faktiki olaraq nəzarəti gücləndiriləcək. Bu ərazilərdən biri müsəlmanların əksəriyyətdə olduğu Kəşmir vadisi və hindlilərin çoxluq təşkil etdiyi Cammu, digəri isə buddistlərin əksəriyyətdə olduğu Ladaxdır. Hindistanın bütün qanunları bundan sonra Kəşmirə tətbiq olunacaq.

Pakistan Dehlinin Kəşmir regionunun xüsusi statusunu ləğv etdiyinə görə Hindistanla diplomatik və ticarət əlaqələrinin zəifləməsindən bir neçə saat sonra Hindistanın İslamabaddakı yüksək səviyyəli komissarını ölkədən çıxarıb.

XS
SM
MD
LG