İranın Ali dini rəhbəri Ayətullah Xameneyi deyib ki, "Amerikya ölüm" şüarı Amerika xalqı deyil, ABŞ siyasətinə aiddir.
Ayətullah Əli Xameyeni şüarla bağlı açıqlamaları 1979-cu il noyabrın 4-ü ABŞ-ın Tehrandakı səfirlilyinin ələ keçirilməsinin ildönümündən öncə İran tələbələri ilə görüşdə verib. İran tələbələri səfirliyə hücum edərək, 52 amerikalını 444 gün girov saxlamışdı.
İki ölkə arasında o vaxtdan diplomatik münasibətlər mövcud deyil. Bununla belə hazırkı prezident Həsən Ruhani iyul ayında dünya qüdrətləri ilə nüvə razılığının əldə edilməsi də daxil olmaqla, münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atır.
Ayətullah Xameneyi deyib ki, "Amerikaya ölüm" şüarında Amerika xalqını nəzərdə tutulmur. "Şüar ABŞ-ın siyasəti və təkəbbürünə aiddir"-deyə o bildirib.
Onun sözlərinə görə, İranda şüara böyük dəstək verilir.
Xameneyi özü və İran hökumətində sərt xətt tərəfdarları Birləşmiş Ştatlara şübhə ilə yanaşır və Amerika siyasətinin İrana təhlükə təşkil etdiyinə inanır.
Ali dini rəhbər deyib ki, ABŞ İran xalqı arasında düşmən imicini gizlətmək üçün İranda "yeni fiqurlara təsir göstərməyə" çalışıb.
O, tələbələri ABŞ-a inanmamağa çağırıb.
Ayətullah Xameneyi ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almaniya ilə nüvə razılaşmasının əldə olunmasına baxmayaraq, Amerikaya etibar edilməli olmadığı ilə bağlı xəbərdarlığını bir daha təkrar edib.
"ABŞ-ın münasibəti əvvəl olduğu kimi düşmən məqsədləri davam etdirməkdən ibarətdir və ölkə bunu unutmayacaq"-deyə Ayətullah Xameneyi bildirib.