Accessibility links

Ayətulla Əli Xameneyi ABŞ-ın İŞİD-ə qarşı mübarizəyə yardım çağırışını rədd edib


İranın ali ruhani rəhbəri Obama administrasiyasının İraqda İŞİD-ə qarşı mübarizəyə yardım çağırışını rədd edib.

Ayətulla Əli Xameneyi deyib ki, ABŞ-ın İraqdakı səfiri İrandan sünni yaraqlılara qarşı koodinasiyaya yardım etməsini istəyib. Lakin o, bu çağırışın onların əllərinin kirli olmasına görə rədd edildiyini bildirib.

Dövlət televiziyası ilə çıxışı zamanı Ayətulla İŞİD-ə qarşı koalisiya qurulmasını mənasız və özünəxidmət kimi dəyərləndirib. Əli Xamaneyi əlavə edib ki, ABŞ-ın məqsədi İraq və Suriyanı istədikləri vaxt cinayətlərə yol verdikləri Pakistana çevirməkdir.

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Amerikanın İranla İŞİD-ə qarşı koalisiya qrurulmasını müzakirə etdiyinin sirr olmadığını deyib. Lakin o, Amerikanın İranla hərbi koordinasiyanı nəzərdə tutmadığını vurğulayıb.

Dövlət Departamentinin yazılı bəyanatında bildirilib ki, İslam Dövləti regiondakı bütün ölkələr kimi İrana da hədə törədir. Psaki ABŞ və İran rəsmilərinin bu həftə Nyu-Yorkda təşkil edəcəkləri nüvə müzakirələrini İraqın gələcəyinin gündəmə gətirilməsi üçün yaxşı imkan adlandırıb.

İran İŞİD-lə bağlı Paris danışıqlarına dəvət edilməyib. İraq prezidenti Fuad Məssum Associated Press-ə bildirib ki, İraqla sərhədləri bölüşən və böhran zamanı İraqa humanitar yardımlar çatdıran İran müzakirələrdə iştirak etməli idi.

Keçən həftə Amerikanın Səsinə müsahibə verən dövlət katibi Con Kerri ABŞ və İranın korrdinasiya olmadan belə İslam Dövlətinə qarşı müstəqil şəkildə mübarizə apardığını bildirib.

Lakin Türkiyədə müxbirlərlə söhbəti zamanı Kerri İranın Paris danışıqlarına dəvət edilməsini o ölkənin Suriya prezidenti Bəşar Əl-Əsədə dəstək verməsinə görə yersiz hesab etdiyini deyib.

İranın dövlət mediası xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiana istinadən bildirib ki, İŞİD-ə qarşı ən yaxşı mübarizə yolu İraq və Suriya hökumətinə dəstək verməkdir.

XS
SM
MD
LG