Bu gün səhər saatlarında təyyarə ilə Naxçıvandan Bakıya uçmaq istəyən vəkil Xalid Bağırov naməlum mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
X.Bağırov Amerikanın Səsinə bildirib ki, Hilal Məmmədovun məhkəməsində iştirak etmək üçün Bakıya uçmalı idi.
“Naxçıvan hava limanında qeydiyyatdan keçib təyyarənin salonuna daxil olarkən üç nəfər mülki geyimli şəxs zorla məni avtomobilə oturdaraq Sədərək Rayon Məhkəməsinə aparıb. Onlar pasportumu və mobil telefonumu alıblar. Deyirlər ki, Sədərək məhkəməsində biznesmenlər Məhəmməd Qurbanov və Nadir Məmmədovun məhkəməsində iştirak etməliyəm. Onlar mənə hədə- qorxu gəldilər və hazırda Sədərək məhkəməsindəyəm”, - vəkil bildirib.
M.Qurbanovun ötən il noyabrın 8-də Türkiyədən gətirdiyi ərzaq məhsullarını Sədərək gömrükçüləri buraxmayıb. Bundan sonra iş adamı və onun kürəkəni Nadir Məmmədov ilə gömrük işçiləri arasında insident yaranıb. Naxçıvan MR Prokurorluğunun yaydığı məlumatda N.Məmmədovun gömrük işçilərinə zor tətbiq etdiyi qeyd olunur.
Fakt üzrə Cinayət Məcəlləsinin 315.1-ci və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb. Bu ittihamlarla onlar 3 ildən 7 ilə qədər azadlıqdan məhrum oluna bilər. Dekabrın 12-də Sədərək Rayon Məhkəməsi hər iki şəxsin barəsində 2 aylıq həbs qərarı çıxarıb.
Hazırda məhkəmə işə baxır.