Accessibility links

Sabiq Həmas lideri 45 illik sürgündən sonra Qəzza Zolağına dönüb


İslamçı fələstinlilərdən ibarət yaraqlı Həmas qrupunun lideri 45 il müddətə fələstin torpaqlarından sürgün edildikdən sonra bu gün Qəzza Zolağına dönüb.

Xaled Meşal 1967-ci ildə altı günlük müharibədən sonra İsrailin zəbt etdiyi Fələstin ərazisini tərk etdikdən sonra əraziyə səfər etməmişdi. O, Qəzza Zolağına çatdıkdan bir qədər sonra dogma torpağı öpüb, dostları və Həmas liderləri ilə qucaqlaşıb.

Rəsmilər Meşalın Qəzza Zolağına səfəri zamanı Həmas hərəkatının 25-ci ildönümünün qeyd olunacağını deyiblər.

Səfər İsraillə Həmas arasında səkkiz günlük münaqişənin ardınca atəşkəs əldə olunmasından sonra baş tutub. Son zorakılıqlar zamanı 170 fələstinli və altı israilli həlak olub.
XS
SM
MD
LG