Accessibility links

Xədicə İsmayılova: Bu, bir jurnalistə qarşı məsələ deyil, ABŞ-a qarşı düşmən siyasətdir


Xədicə İsmayılova: Bu, bir jurnalistə qarşı məsələ deyil, ABŞ-a qarşı düşmən siyasətdir
please wait

No media source currently available

0:00 0:20:06 0:00

Washington Post qəzetinin redaksiya heyəti bu həftə baş məqalələrdən birini araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı təqiblərə həsr edib. Bundan öncə dünyada fikir azadlığını müdafiə edən Pen America təşkilatı da Azərbaycanın Ali Məhkəməsinin araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı vergidən yayınma ittihamını qüvvədə saxlamasını qınayan bəyanatla çıxış edib. Xədicə İsmayılova Amerikanın Səsinə müsahibəsində məhkəmə işləri, qarşılaşdığı məhdudiyyətlər və Qərbin reaksiyasından danışıb.

Beynəlxalq təşkilatlar və media son həftələrdə məhkəmədə vergidən yayınma ittihamının qüvvədə saxlanması və Ali Məhkəmənin sınaq müddətinin ləğvi barədə vəsatətin təmin olunmaması ilə bağlı bəyanatlarla çıxış ediblər.

Washington Post qəzetinin redaksiya heyəti və Pen America təşkilatı vergidən yayınma ittihamını təqib kampaniyasının bir hissəsi kimi qiymətləndiriblər. ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir Ali Məhkəmənin qərarı ilə bağlı narahatlığını bildirib. Washington Post Qərb ölkələrini məsələyə daha ciddi reaksiya verməyə çağırıb. Xədicə İsmayılova Qərbin, xüsusilə də Birləşmiş Ştatların media nümayəndələrinə qarşı təqiblərə kifayət qədər reaksiya göstərmədiyini düşündüyünü deyib.

Azərbaycan hökuməti ən azından bu `soft power`, yəni `yumşaq güc` məsələsində Rusiyaya verdiyi imkanı Birləşmiş Ştatlara vermək istəmir.

“Əslində, Qərbi bütövlükdə götürməsək də, Birləşmiş Ştatları götürsək, bu cinayət işi, vergilərlə bağlı iş və ondan əvvəl və sonra baş verən hadisələr - bunlar təkcə mənə qarşı yönəlmiş hadisələr deyildi. O cinayət işi vergidən yayınma və çirkli pulların yuyulması ehtimalı ilə başlanmışdı. Azadlıq Radiosunun isə yeganə sponsoru, yeganə maliyyə mənbəyi Birləşmiş Ştatların Konqresidir. Belə çıxır ki, Azərbaycan hökuməti Birləşmiş Ştatların Konqresini çirkli pulları yumaqda günahlandırır və yaxud da Konqresin pullarını çirkli pul hesab edir, Birləşmiş Ştatlar vətəndaşlarının ödədiyi vergini çirki pullar hesab edir. Yəni əslində bu, Azərbaycanın Birləşmiş Ştatlara qarşı düşmən aktı idi. Yəni bu, düşməncə addım idi. Və bu düşməncə addıma əslində Birləşmiş Ştatlardan kifayət qədər güclü və vaxtında adekvat cavab gəlməliydi. Təəssüf ki, biz bu adekvat cavabı görmədik.”

Xədicə İsmayılova bildirib ki, ABŞ-ın baş verənlərə adekvat cavabının olmaması Azərbaycan hökuməti tərəfindən ölkədə media nümayəndələrinə qarşı məhdudiyyətlərin davam etdirilməsinin əsas səbəblərindəndir.

Bu, təkcə Xədicə İsmayılovaya qarşı yönəlmiş məsələ deyil, bu, ümumilikdə Birləşmiş Ştatlara və Qərbə qarşı yönəlmiş düşmən bir siyasətdir.

“Mən düşünürəm ki, Azərbaycan hökumətinin bu addımlarını davam etdirməsinin səbəbi əslində budur. Çünki Azərbaycanda Kremlin tərəfdarı olan Sputnik radiosunun yayımı davam etdirilir, yayımı var FM-də. Amma Amerika radiolarının yayımı yoxdur. Azərbaycanda rus media qurumlarının redaksiyaları çox rahat şəkildə fəaliyyət göstərə bilirlər. Həm redaksiyaları var, həm işçiləri var, həm üstəlik bütün dövlət tədbirlərinə çıxışları var. Amma Amerika radiolarının, Amerika redaksiyalarının müxbirlərinə o şərait yaradılmır. Azadlıq Radiosunun ofisi möhürlənib. Digərləri demək olar, müxbirlər evlərindən işləməyə məcburdurlar, bəziləri hətta anonim işləməyə məcburdu...Bu o deməkdir ki, Azərbaycan hökuməti ən azından bu `soft power`, yəni `yumşaq güc` məsələsində Rusiyaya verdiyi imkanı Birləşmiş Ştatlara vermək istəmir. Və Birləşmiş Ştatlar da buna heç cür cavab vermir, heç cür buna adekvat qiymət vermir öz bəyanatlarındamı deyək, ya da çıxışlarında. Məncə, məsələni bu istiqamətə yönəltməyin vaxtı gəlib çatıb artıq. Çünki Birləşmiş Ştatlar, məncə, bu iki ölkə arasında münasibətlərdə bu artıq konkret bir jurnalistin problemi olaraq görünməməlidir. Bu, təkcə Xədicə İsmayılovaya qarşı yönəlmiş məsələ deyil, bu, ümumilikdə Birləşmiş Ştatlara və Qərbə qarşı yönəlmiş düşmən bir siyasətdir. Və bu düşməncə siyasət adekvat qiymətini alıb cavabını da almalıdır.”

Xədicə İsmayılova Birləşmiş Ştatlar tərəfindən bu istiqamətdə addımların atılacağına və beynəlxalq medianın məsələyə diqqət yetirməklə onu aktuallaşdıra biləcəyinə ümid etdiyini deyib.

O, ölkədən çıxışına qadağanın qüvvədə qalması ilə yanaşı jurnalist fəaliyyətini davam etdirmək üçün digər məhdudiyyətlərlə də qarşılaşdığını bildirib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG