Accessibility links

Bu gün Ümumdünya QİÇS günüdür


Bu gün Ümumdünya QİÇS günüdür
Bu gün Ümumdünya QİÇS günüdür

Bu gün Ümumdünya QİÇS günüdür. ABŞ prezidenti Barak Obama bu gün açıqladığı bəyannamədə dünyada HİV virusunu daşıyan və QİÇS xəstəsi olan 33 milyon insana yardım etməyə söz verib. Prezident Obama həmçinin administrasiyasının HİV virusu ilə mübarizədə əldə edilmiş nailiyyətlərin dəstəklənməsi və virusun yayılmasının qarşısının alınması səylərin' sadiq qaldığını bir daha təkrar edib. Ümumdünya QİÇS günü münasibətilə Vaşinqtonda Ağ Evin qarşısında xəstəliklə mübarizə səylərinin simvolu olan qırmızı lent asılıb. UNİSEF agentliyinin dünən açıqladığı bəyanatda bildirilir ki, beynəlxalq ictimaiyyət HİV virusunun yayılmasının qarşısının alınması, onun müalicəsi və sosial müdafiə sisteminin universal səviyyədə təmin edilməsi istiqamətində addımları intensivləşdirsə uşaqların HİV virusundan azad yeni nəsli dünyaya gələ bilər.

XS
SM
MD
LG