Birləşmiş Ştatlarda qadın hərəkatının əsas pinsiplərindən biri qadının həm uğurlu karyera, həm də ailə qura bilməsi ideyası üzərində qurulub. Lakin bu ideya hazırda yeni debatlara yol açıb və əsas məsələ təkcə qadınlar deyil, elə kişilərin də bugünkü iqtisadi şəraitdə iş və ailə arasında balans yarada bilməsidir.
Vaşintonqda hökumət idarələrindən birində məsləhətçi işləyən Cen ailəlidir. O, həyat yoldaşı və iki uşağı ilə Vaşinqton ətrafında yaşayır. Hər iki valideyn həm ailə, həm də işlə əlaqədar vəzifələri yerinə yetirərək daim məşğuldur.
“Bəzən böyük söhbətə qoşulmaq, ya da böyük bir layihədə iştirak etmək istəyirəm. Amma buna təəssüf etmirəm, çünki gedib evdə uşaqlarımla oluram” -deyə o bildirir.
Cen bir neçə il bundan əvvəl etdiyi seçimi nəzərdə tutur. O, Senatda komitədə işini atıb məsləhətçi işləməyə başlayıb.
“Vaşinqton böyük siyasi bir mərkəzdir və əgər hökumətdə yüksək vəzifə tutursunuzsa, bu, gərgin iş rejimi olan bir yerdir. Burada həm ailə üçün vaxt ayırmaq, həm də yüksəlmək çox çətindir. Bura asan yer deyil” -deyə o bildirir.
Professor Enn Mari Slouter 2009-cu ildə Prinston universitetindən Vaşinqtonda Dövlət Departamentində yüksək vəzifəyə gələndə bunu başa düşmüşdü. O, 2011-ci ildə vəzifəsindən getmiş və bu yaxınlarda yazdığı məqalədə bunun səbəblərini açıqlamışdır. “Qadınlar hər şeyə niyə müyəssər ola bilmir” adlı məqalədə o, iş yerlərində qadınlar üçün şəraitin yaxşılaşdırılmasına ehtiyac olduğunu deyir.
“Iş yerində elə bir təsəvvür var ki, sanki siz işləməklə yanaşı, uşaqlara baxmırsınız. O qədər də çətin olmayan bu dəyişikliklər həm qadın, həm də kişi valideynlərin həyatında çox böyük dəyişiklik yarada biləcək”-deyə o bildirir.
Amerika İnkişaf Mərkəzinin prezidenti və icraçı direktoru Nera Tanden Sloterin neqativ adlandırdığı baxışları ilə razı deyil. Rəhbərlik etdiyi yerdə işçilərin çoxunun kişilərdən ibarət olduğunu etiraf etsə də, o, qadınların indiyə qədər əldə etdiyi naliyyətlərə görə iftixar hissi keçirməli olduğunu deyir.
“Kişi və qadın liderlərin sayı gündən-günə artır. Biz iş yerlərində bərabərliyin təmin edilməsinə çalışmalıyıq, qadınlar kişilərlə bərabər maaş almalıdır, işə və ailəyə eyni dəyər verilməlidir və bunların hamısı mümkündür. Bu işlərlə məşğul olmaq lazımdır” -deyə o bildirir.
Cen müasir texnologiyanın verdiyi imkanlara görə istədiyi yerdə işini görə bilər.
O hər axşam qızlarının dərslərini yoxlayır, kitab oxumaq üçün özünə bir az vaxt ayırır və gecəyarı olmamış qalan işləri görüb sonra yatmağa gedir. Cenin həyatında nə qədər balans olduğunu demək çətindir.