Accessibility links

Ekvador səfiri Assancın məsələsini ölkə prezidenti ilə müzakirə edir



Ekvadorun Londondakı səfirliyindən verilən məlumata görə, səfir Anna Alban WikiLeaks saytının təsisçisi Culian Assanjın siyasi sığınacaq almağa dair müraciətini müzakirə etmək üçün ölkəsinə səfər edib.

Julian Assanj Ekvador səfirliyində seksual zəmində cinayət ittihamları ilə bağlı Britaniyadan İsveçə ekstradisiyadan olunmamaq üçün hüquqi səbəblər tükəndikdən sonra çərşənbə axşamı günü sığınacaq tapıb.

Ekvadorun solçu prezidenti Korrea hökumətin Assanjın müraciətini nəzərdən keçirdiyini deyib, lakin qərarın nə zaman veriləcəyi məsələsinə toxunmayıb.

Assanj iki qadın tərəfindən seksual təcavüzə dair iddialar əsasında İsveçə ekstradisiya olunmamaq üçün 2010-cu ildən məhkəmə işi aparır. O, iddiaları rədd edərək, işin siyasi motiv daşıdığını bildirir.

Assanjın özü və onun tərəfdarları bildirir ki, İsveçə təhvil verilsə, o, WikiLeaks saytında minlərlə məxfi sənədin açıqlanması ilə əlaqədar bu dəfə ABŞ-ın müraciəti əsasında Birləşmiş Ştatlara ekstradisiya edilə bilər.
XS
SM
MD
LG