Wikileaks websaytının açıqladığı ABŞ diplomatik teleqramları Pakistanın nüvə arsenalı və İslamabadın Əfqanıstanla həmsərhəd bölgəsində qiyamçılara qarşı vuruşmaqla bağlı öhdəlikləri yerinə yetirməsinə dair narahatlıqlar ifadə edir.
2009-cu il fevral tarixli teleqramda ABŞ-ın Pakistandakı səfiri bildirir ki, Pakistanın nüvə obyektində işləyən şəxs atom bombası yaratmaq üçün tədricən kifayət qədər material çıxara bilər. New York Times və The Guardian qəzetləri teleqramların detallarını çərşənbə günü açıqlayıblar. Pakistan xarici işlər idarəsinin rəsmisi isəbu qorxuların yersiz olduğunu söyləyib. Bu arada İnterpol Wikileaks saytının təsisçisi Culian Assanjı axtarış siyahısına əlavə edib. Bu addım İsveçin onun barədə zorlama istintaqı ilə bağlı həbs orderi verməsindən sonraya təsadüf edir.