Accessibility links

Hakerlər Wikileaks-lə biznes əlaqələrini kəsmiş şirkətlərə qarşı İnternetdə qisas kampaniyası aparır


Hakerlər Wikileaks-lə biznes əlaqələrini kəsmiş şirkətlərə qarşı İnternetdə qisas kampaniyası aparır
Hakerlər Wikileaks-lə biznes əlaqələrini kəsmiş şirkətlərə qarşı İnternetdə qisas kampaniyası aparır

Bir qrup haker İnternetdə WikiLeaks saytı ilə biznes əlaqələrini kəsmiş şirkətlərə qarşı hücuma keçib. “Anonymous” adlanan qrup “Qisas əməliyyatı”-nın bir hissəsi kimi MasterCard şirkərinin veb səhifəsinin bağlanmasına görə məsuliyyəti öz üzərinə götürüb. Kredit kart şirkəti ABŞ-ın məxfi diplomatik sənədlərini açıqladığına görə təzyiq altında olan WikiLeaks-ə ianələri dayandırdığını elan edib. Hakerlər həm Wikileaks saytının təsisçisi Culian Assanjın bank hesablarını bağlayan PostFrance İsveçrə bankını da hədəf alıblar. Senzuraya qarşı mübarizə apardığını bəyan edən qrup İnternetdə göstərilən xidmətlərdən imtina edilməsi kampaniyası aparır. Bu arada, Avstraliyanın Xarici İşlər naziri Kevin Rud gizli sənədlərin açıqlanmasında Assanjı deyil, Birləşmiş Ştatları təqsirləndirib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG