Muzdlu qrupun rəhbəri Yevgeni Priqojin şənbə günü deyib ki, o, ordu rəhbərliyini devirmək cəhdi çərçivəsində Rusiyanın Rostov-na-Donu şəhərində nəzarəti ələ keçirib. Rəsmilər bunu silahlı qiyam adlandırır.
Vaqner qrupunun təsisçiçi və biznesmen Priqojin barədə bəzi məlumatlar:
* Aqressiv ictimaiyyətlə əlaqələr bacarıqları və kobud dili olan və tez-tez cəbhə bölgələsində görünən Priqojin müharibənin ən nəzərəçarpan simalarından biridir. O, minlərlə rus məhbusu Vaqner daxilində döyüşməyə cəlb edib və hərbi planlar və sursat təchizatı səbəbilə müdafiə nazirliyi ilə açıq şəkildə mübahisə edib.
* 62 yaşlı Priqojin şirkətinin Kremllə olan iaşə müqavilələri səbəbilə on illər boyu “Putinin aşpazı” kimi tanınıb. Onunla Rusiya prezidenti arasında münasibətlərin nə dərəcədə mehriban olduğu bəlli olmasa da, onlar bir-birini tanıyır və hər ikisi Sankt Peterbuqrda doğulub-böyüyüb.
* 1980-ci illərdə uzun müddət həbsdə qalandan sonra Priqojin Sankt Peterburqda hotdoqlar satmağa başlayıb. Daha sonra o, supermarketlər şəbəkəsində hissələr əldə edib və və nəhayət öz restoran və iaşə şirkətini açıb.
* Bunun ardından Priqojinin iaşə şirkəti olan Concord hökumətin təchizat müqavilələrini qazanmağa və işləri daha böyük səviyyədə aparmağa başlayıb.
* Priqojin ötən sentyabrda özəl hərbi qrupu Rusiya Krımı Ukraynadan ilhaq etdiyi 2014-cü ildə təsis etdiyini etiraf edib. Bu ilk dəfə idi ki, o daha öncə inkar etdiyi və müxbirləri işıqlandırdıqlarına görə məhkəməyə verdiyi əlaqələri təsdiq edib. Vaqner qrupu Liviya, Suriya, Mərkəzi Afrika Respublikası və Mali kimi ölkələrdə döyüşüb.
* Qrup həmçinin 2014-cü ildə Ukraynanın şərqindəki Donbas regionunun bir hissəsini ələ keçirən Rusiyanın dəstəklədiyi separatçılara dəstək verib.
* Qrup ötən ay müharibədə ən şiddətli döyüşlərin getdiyi Ukraynanın şərqindəki Baxmut şəhərini ələ keçirib. Ancaq hücum zamanı Priqojin Moskvanın yüksək rütbəli məmurlarına alçaldıcı təhqirlər ünvanlayaraq, Putinin sərt şəkildə idarə olunan siyasi sistemindəki tabularını pozub.
* Daha sonra o, Kremlə təşəkkürünü bildirən video yayımlayıb, ancaq yenə də, Putinin yüksək vəzifəli rəsmilərini, xüsusilə də müdafiə naziri Sergey Şoyqu və Baş qərargah rəisi Valeri Gerasimovu xəyanətdə ittiham edib.
* Priqojin mayın 5-də yayımladığı videoda, Şoyqu və Gerasimovun səbəb olduğu sursat çatışmazlığı səbəbilə öldüklərini iddia etdiyi Vaqner muzdlularının cəsədlərini göstərib.
* Birləşmiş Ştatlar və Avropa İttifaqı Vaqnerdəki roluna görə Priqojinə sankisyalar tətbiq ediblər. Onlar onu həmçinin İnternet Araşdırma Agentliyi adlı trol fermasını maliyyələşdirməkdə günahladırır ki, Vaşinqton onun ABŞ-da seçkilərə təsir göstərməyə cəhd etdiyini bildirir.