Accessibility links

WhatsApp-dakı problemlər Azərbaycanla bağlı deyil


Azərbaycanda “WhatsApp” messencerinin işində müşahidə olunan problemlərin ölkənin mobil rabitə operatorları və rabitə administrasiyası ilə bağlılığı yoxdur.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəyan edir ki, nazirlik mobil şəbəkə üzərindən fəaliyyət göstərən proqram əlavələrinin istifadəsinə qadağa qoymaq niyyətində deyil.

“Tənzimləyici orqan olaraq nazirlik texnologiyaların və innovasiyaların inkişaf etdirilməsi tərəfdarıdır. Azərbaycanda internet azaddır və bu gün ölkədə 3 mobil operator və 40-dan çox internet provayder fəaliyyət göstərir. Bu tip xidmətlərin qarşısının alınması inkişafın qarşısını almaq anlamına gəlir və belə bir məsələ nazirliyin prioriteti ola bilməz.

Ölkədə fəaliyyət göstərən mobil operatorlar məşhur tətbiqlər vasitəsi ilə bu gün mobil rabitə operatorlarının şəbəkəsi üzərindən pulsuz yazılı, səsli mesajların mübadiləsinin aparıldığını, hətta artıq səsli və görüntülü data məlumatlarının ötürülməsinin mümkünlüyünü qeyd edirlər”, nazirlik qeyd edir.

Regionun xəritəsi
Regionun xəritəsi

Məlumatda deyilir ki, hazırda ölkədə mobil internet istifadəçilərinin sayı günü-gündən artır və bu cür servislər sayəsində istifadəçilər mobil internet trafikindən daha çox istifadə edirlər.

“Nəticə olaraq operatorlar səsli mobil rabitə xidmətlərindən əldə etdikləri gəlirləri itirsələr də, data xidmətlərindən əldə etdikləri gəlirlər bunu ödəyir. Belə olan halda hər hansı bir mobil tətbiqin məhdudlaşdırılması mobil operatorun maraq dairəsinə daxil ola bilməz”.

“WahtsApp”ın işində problemlərin yaranması haqda məlumatları şərh edən yerli mobil operatorların təmsilçiləri bu problemlərin onların şəbəkəsi ilə bağlı olmadığını qeyd edib.

Araşdırma nəticəsində məlum olub ki, hazırda “WhatsApp” messenceri Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya kimi inkişaf etmiş ölkələrdə, eləcə də Cənubi Amerika, Hindistan, Avstraliyada problemlərlə işləyir və ya ümumiyyətlə işləmir.

“www.kazhdysboy.ru” saytında dərc olunmuş xəritədə mobil tətbiqdə problem qeydə alınan ölkələr göstərilib.

Xəritədə sarı rənglə nasazlıqların müşahidə olunan ölkələr arasında Azərbaycanın da adı var. Ölkəmizdəki problemin mövcudluğu ilə bağlı ştrix xətt digər Avropa ölkələrinə nisbətən daha açıq sarı rənglə əks edilib.

Qeyd edək ki, problemlər digər ölkələrdə artıq iyunun 18-dən etibarən müşahidə olunur.

“WhatsApp” - smartfonlar üçün nəzərdə tutulmuş prioritet messencerdir. Servis mətnli mesajlar, təsvirlər, video və audio fayllar göndərməyə imkan verir.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG