“Wall Street-i Tutun” etiraz aksiyası Nyu York şəhərinin Wall Street küçəsinə yürüşlə başladı. Polis nümayişçilərin qarşısını alaraq onların Nyu Yorkun Səhm Birjasına daxil olmasına imkan vermədi.
Birləşmiş Ştatlarda və başqa ölkələrdə zənginlərlə yoxsulların gəliri arasındakı fərq uçurumu “Wall Street-i Tutun” fəallarının Nyu York küçələrinə çıxmaları səbələrindən biridir.
İqtisadi bərabərsizlik və işsizlik üzündən yüzlərlə şəhərlərdə fəallar etiraz aksiyası keçirdi. Fəallar maliyə böhranı yaşayan bankların sadə insanların vergiləri hesabına öz problemlərini həll etdiklərini, lakin maliyə böhranı yaşayan sadə insanların kreditə aldıqları evlərinin əllərindən alınmaları ilə üzləşdiklərini deyirlər.
“Wall Street-i Tutun” hərəkatı maliyə böhranına görə bankları və Wall Street-i təqsirləndirir. Fəallar deyir ki, ölkə ictimayyətinin bir faiz zəngin təbəqəsi küllü miqdarda pul əldə edir, siyasətçilərdən istifadə edərək zənginlərin vergilərinin artırılmasının qarşısını alırlar və yoxsulların sosial xidmətlərinə mənfi təsir göstərməklə 99 faiz yoxsul və orta təbəqədən olan insanlardan səmərələnirlər.
“Wall Street-i Tutun” hərəkatı zənginlərin vergi rüsumlarını artırmaqla və biznesə nəzarəti gücləndirməklə ədalətli cəmiyyətin formalaşmasına çağırır.
Lakin Amerikanın Sahibkarlıq İnstitunun nümayəndəsi Pitir Valison deyir ki, vergilərin azaldılması və iqtisadiyyata nəzarətin azaldılması iqtisadiyyatın bərpa olmasına kömək edəcək. Onun dediyinə görə, “Apple” şirkəti kimi yüksək texnologiya şirkətlərinin inkişafı onu göstərdi ki, hökumət Stiv Cobs kimi sahibkarların qarşısını kəsməməlidir.
Valison deyir ki, gəlir bərabərsizliyi sahibkarların risk edərək məhsul istehsal etmək yolu ilə zənginləşmək şansından az əhəmiyyət daşıyır.
Pitir Valison:“Bu insanların əksəriyyəti çox yoxsul şəraitdə böyüyüb. “Apple”şirkətinin yaradıcılarından biri olan Stiv Cobs buna çox gözəl misaldır. Stive Cobs bacarığı və imkanlara malik bir cəmiyyətdə yaşadığına görə zəngin oldu.”
Lakin Siyasət Araşdırmaları institutun nümayəndəsi Con Kuvana işsizliyin səviyyəsinin artmasının zəngin olmaq barədə köhnə təsəvvürlərə dair şübhə yaratdığını deyir.
Con Kuvana: “Məncə “Wall Street-i Tutun” hərəkatının bu dərəcəyə çatması və populyarlığı bu kimi düşüncələrin cəfəngiyyat olduğunu göstərir.”
İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı ABŞ ictimayyətinin zəngin təbəqəsinin 1/10 hissəsinin qazancının ölkənin yoxsul təbəqəsinin 1/10 hisəsinin qazancından 14 dəfə çox olduğunu bildirir.İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının baş katibi Ancel Qurria deyir ki, bir çox cəmiyyətlərdə orta sinif təbəqəsi qeyri-müəyyənlik və qorxu içərisində yaşayır. İşsizlik kimi iqtisadi problemlər həll edilməyincə nümayişlər davam etdiriləcəyi gözlənilir.Nümayişçilər deyirlər ki, etiraz aksiyalarına səbəb olmuş iqtisadiyyat və işsizlik problemləri həll olmayınca hərəkat davam edəcək.