Accessibility links

"Vaqner"-in bölmələri və avadanlıqları Lipetsk bölgəsinə daxil olub


Vaqner döyüşçüləri Rostov-na-Donuda.
Vaqner döyüşçüləri Rostov-na-Donuda.

Moskvadan 400 km aralıda yerləşən Lipetsk vilayəti ərazisində "Vaqner" qrupunun hərbi texnikasının hərəkət etdiyi qeydə alınıb. Bu barədə vilayətin qubernatoru İqor Artamonov məlumat verib.

"Hüquq-mühafizə və hakimiyyət orqanları, o cümlədən bələdiyyələr əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər. Vəziyyət nəzarət altındadır. Kritik infrastrukturun fəaliyyətində heç bir nasazlıq yoxdur", - Artamonov bildirib.

Rəsmi həmçinin bilayət sakinlərini evlərindən çıxmamağa və hər hası nəqliyyat vasitəsilə hərəkət etməkdən yayınmağa çağırıb.

Sota Telegram kanalının məlumatına görə, Lipetsk vilayətində Mosvaya aparan yolları bağlamağa başlayıblar. Bunun mərkəzi hakimiyyətin və ya yerli rəsmilərin təşəbbüsü olduğu hələ ki, bəlli deyil. Bu arada isə Kaluqa vilayətinin hakimiyyəti bölgənin Tula, Bryansk, Oryol və Smolensk vilayətləri ilə sərhədlərinə bitişik ərazilərdəki yollarda avtomobillərin hərəkətinin məhdudlaşdırıldığını elan edib.

Vilayətin qubernatoru Vladislav Şapşa teleqram kanalında "Xahiş edirəm, çox zərurət olmadıqca bu yollarda şəxsi avtomobillə hərəkət etməkdən çəkinin. Mən sizə gələcək dəyişikliklər barədə vaxtı-vaxtında məlumat verəcəyəm," deyə yazıb.

Rusiyada, artıq demək olar ki, bir sutkadır ki, hakimiyyətin sözlərinə görə, “hərbi üsyan” davam edir və ekspertlər bunu “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojinin təşkil etdiyi hərbi çevrilişə cəhd və mümkün vətəndaş müharibəsinin başlanğıcı adlandırırlar.

Priqojin Rusiya Müdafiə Nazirliyi və Baş Qərargah rəhbərliyini səriştəsizlikdə ittiham edib və ona tabe olan bölmələri Moskvaya göndərib. Hazırda “Vaqner” döyüşçüləri Rostov-na-Donuya nəzarət edir, Voronej vilayətində döyüşlər aparır. Vladimir Putin Priqojinin hərəkətlərini “xəyanət” və “satqınlıq” adlandırıb. Rusiyanın bir sıra regionlarında, o cümlədən Moskvada antiterror əməliyyatı rejimi tətbiq edilib.

XS
SM
MD
LG