Accessibility links

Vitse-prezident Harris ABŞ-ın münaqişədən sonrakı Qəzzaya baxışını təsvir edib


Kamala Harris
Kamala Harris

ABŞ-ın vitse-prezidenti Kamala Harris şənbə günü ABŞ-ın İsrail-HƏMAS münaqişəsin sonlanması ilə bağlı Amerikanın hədəflərini açıqlayıb və Qəzza və İordan çayının qərb sahilində fələstinlilərin son nəticədə bir idarəedici qurum altında birləşməli olduğunu vurğulayıb.

Harri Dubayda COP28 iqlim sammitində bir neçə görüşdə iştirak edib. ABŞ Prezidenti Co Bayden diqqətini İsrail-HƏMAS müharibəsinə yönəltdiyi bir vaxtda onun yerinə sammitdə Harrisin iştirak etməsini istəyib.

Ağ Evin bəyanatında deyilir ki, Misir Prezidenti Abdel Fəttah Əl-Sissi ilə danışıqlarda Harris deyib ki, “Birləşmiş Ştatlar heç bir halda fələstinlilərin Qəzzadan və ya İordan çayının qərb sahilindən məcburi köçürülməsinə, Qəzzanın mühasirəyə alınmasına və ya Qəzzanın sərhədlərinin yenidən dəyişdirilməsinə icazə verməyəcək.”

O həmçinin bildirib ki, müharibə bitəndən sonra bərpa səyləri “Fələstin xalqı üçün dirçəldilmiş Fələstin Muxtariyyətinin rəhbərlik etdiyi və beynəlxalq ictimaiyyət və region ölkələrindən əhəmiyyətli dəstəyi olan dövlətə doğru aydın siyasi üfüq kontekstində aparılmalıdır,” bəyanatda deyilir.

“Vitse-prezident açıq şəkildə bildirib ki, HƏMAS Qəzzaya nəzarət edə bilməz, çünki bu, İsrailin təhlükəsizliyi, Fələstin xalqının rifahı və regional təhlükəsizlik üçün qəbuledilməzdir,” Ağ Ev bildirib.

Qərbin dəstəklədiyi Fələstin Muxtariyəti işğal altında olan İordan çaynın qərb sahilinin bəzi hissələrini idarə edir. HƏMAS 2007-ci ildə Qəzzaya nəzarəti ələ keçirib və o zamandan bəri anklavı idarə edir.

81 yaşlı Bayden ikinci dəfə prezidentliyə namizədliyini irəli sürdüyü bir vaxtda Harrisin administrasiyadakı rolu ilə bağlı getdikcə daha çox suallar yaranır. Ona ölkə daxilində miqrasiyadan tutmuş, aborta və səsvermə hüququna qədər bir sıra böyük problemlərin həllinə kömək etmək tapşırılıb. Münaqişədən sonra Qəzzanın real şəkildə necə idarə olunması regional liderləri və Yaxın Şərq ekspertlərini çaşdıran məsələdir.

Fəlstin Muxtariyyətinin gələcəyi

ABŞ rəsmiləri nəzarətinə Qəzzanı da daxil etməsi üçün Fələstin Muxtariyyətini gücləndirməyi müzakirə ediblər, heç bir qəti plan üzərində razılaşma olmayıb.

​Bəzi ABŞ rəsmiləri Fələstin Muxtariyyərinin müharibədən sonra Qəzzanı idarə etmək qabiliyyəti ilə bağlı şübhələrini dilə gətiriblər.

Tənqidçilər Fələstin Muxtariyyətini korrupsoya və yanlış idarəetmədə ittiham edib və rəy soröuları onun fələstin xalqı arasında etibarının aşağı olduğunu göstərir.

Forum

XS
SM
MD
LG