Almaniyanın avtomobil istehsal edən Volkswagen şirkəti cümə axşamı bu ilin sonunda bazara çıxaracağı elektrikli avtomobilinin istehsal edildiyi Zvikkaudakı zavodunda işini bərpa edib.
Şirkət "sağlamlıq istehsal rəqəmlərindən öncə gəlir" planına əməl etdiyini bildirib, çünki konveyer xətti beş həftə bağlı qalandan sonra həmkarlar ittifaqları ilə əldə olunan yeni sağlamlıq qaydaları altında işə başlayır. Buna 1.5 metr məsafənin qoruna bilinmədiyi yerlərdə maskaların taxılması daxildir. habelə mütəmadi olaraq təmizlik işlərinin aparılması daxildir. Tədbirlərə müntəzəm təmizlik də daxildir. Ayaq yollarında, paltar dəyişmə və nahar otaqlarında məsafənin qorunması da tələb olunur.
Şirkət gündə 50 avtomobil istehsal etməyi planlaşdırılırdı ki, bu da əvvəlki istehsal gücünün üçdə birini təşkil edir.
Volkswagen-in işçisi Heiko Qruner dpa xəbər agentliyinə geri qayıtdığına görə şad olduğunu deyib. "Ötən həftələr ərzində mən məqsədimi və gündəlik həyatımın mənasını itirmişdim" - deyə, 49 yaşlı Qruner bildirib.
Zavod ID.3 elektrik kompaktı istehsal edir ki, bu da Volkswagen-in batareyalı yalnız avtomobilləri kütləvi bazar məhsulu etmək planının əsasını təşkil edir. Hazırda elektrik avtomobillər ən çox satılan məhsul olaraq qalır və təkliflərin çoxu lüks kateqoriyasındadır. Volkswagen avtomobillərini 30.000 avrodan (32.400 dollar) başlayaraq satmağı düşünür.
Son günlər bəzi Avropa ölkələrində zavodlar işə salınıb, belə ki, hökumətlər iqtisadiyyata zərbə vuran karantin tədbirlərini yüngülləşdirməyə çalışır.