Accessibility links

Amerikanın Səsi 79-cu ildönümünü qeyd edir


Bu gün Amerikanın Səsinin 79 yaşı tamam olur.

1942-ci ildəki çıxışı sadə idi - qısa dalğallarda 15 dəqiqəlik canlı radio yayımı, Nyu-Yorkdakı kiçik bir studiyadan Almaniyaya ötürülmüşdü.

İndi isə ABŞ tərəfindən maliyyələşdirilən, lakin müstəqil olan Amerikanın Səsi hər həftə 40-dan çox dildə dünya boyu 280 milyondan çox insana xitab edir.

Birləşmiş Ştatlarda və dünya ölkələrindəki insanların həyatını əhatə edən hadisələr rəqəmsal, televiziya və radio platformalarında yayımlanır və mobil telefonlarla və sosial mediada əldə edilə bilir. Amerikanın Səsinin məlumatları 2500-dən çox tərəfdaş stansiyası şəbəkəsindən çatdırılır.

1942-ci ildə ABŞ-ın rəsmi olaraq İkinci Dünya Müharibəsinə başlamasından yeddi həftədən bir az çox vaxt keçdikdən sonra birinci yayımda dinləyicilər ilk olaraq Amerikanın vətənpərvər mahnısı olan "Respublikanın Döyüş Himnini" eşitdilər.

“Sizə Amerikadan səslər gətiririk. Bu gün və bundan sonra hər gün sizə Amerika və müharibə barədə danışacağıq. Xəbərlər bizim üçün yaxşı ola bilər. Xəbərlər bizim üçün pis ola bilər. Ancaq sizə həqiqəti deyəcəyik” - deyə, daha sonra diktor Vilyam Harlan Heyl bildirmişdi.

Bu, 1976-cı ildən bəri Amerikanın Səsi Xartiyasına daxil edilmiş və qanuna görə təşkilatın “dəyişməz olaraq etibarlı və nüfuzlu xəbər mənbəyi kimi xidmət etməsini” tələb edən bir kredodur. Orada qeyd olunur ki, Amerikanın Səsinin xəbərləri “dəqiq, obyektiv və əhatəli” olmalıdır.

Amerikanın Səsi hərbi olmayan, ABŞ-ın beynəlxalq yayımına nəzarət edən dövlət qurumu olan ABŞ-ın Qlobal Media Agentliyinin bir hissəsidir.

Amerikanın Səsinin peşəkar jurnalistləri ABŞ hökumətinin müdaxiləsi olmadan hər gün onlarla proqram hazırlayır.

XS
SM
MD
LG