Accessibility links

ABŞ-a viza ərizəçilərinin sosial media tarixçələri araşdırılacaq?


ABŞ höküməti Birləşmiş Ştatlara daxil olmaq üçün vizaya müraciət edənlərin əksəriyyətinin sosial media tarixçəsini toplamağı planlaşdırır. Cümə günü Dövlət Departamenti tərəfindən təqdim edilən layihənin prezident Donald Trampın “sərt yoxlama” siyasətinin bir hissəsi olduğu bildirilib.

Mühacir və qeyri-mühacir viza müraciətçilərinin əksəriyyəti, təxminən 14.7 milyon insan federal ərizə formalarında son beş il ərzində istifadə etdikləri sosial media hesablarını qeyd etməli olacaqlar. Layihəyə əsasən bu məlumat ərizəçilər haqqında ətraflı məlumat əldə etmək üçün istifadə ediləcək.

Dövlət Departamenti Büdcə İdarəsindən təsdiq almaqdan öncə layihəni Federeal Reyestdə yerləşdirəcək. İctimaiyyətin bu layihəyə ilə bağlı şərh və ya sual verməsi üçün 60 günü olacaq.

Bu layihə prezident Donald Trampın 2016-cı il seçki kampaniyası dövrü xaricilərin Birləşmiş Ştatlara girməsindən öncə sərt yoxlanacağı vədlərinə uyğundur.

Dövlət Departamenti bildirib ki, onlar diplomatik və rəsmi səfərlər zamanı viza ərizələçilərin sosial media məlumatlarının mütəmadi olaraq istəmək niyyətində deyillər.

Təşəbbüs təsdiq edilsə, ərizəçilər son beş ildə səyahət etdikləri ölkələrin siyahısına əlavə olaraq, istifadə etdikləri telefon nömrələri, e-mail ünvanları da qeyd etməli olacaqlar. Departamentin verdiyi məlumata görə, ərizəçilərdən hər hansı ölkədən deportasiya olunub-olunmadıqları, hər hansı qohumlarının terror fəaliyyətinə cəlb olunub-olunmadıqları soruşulacaq.

Məhkəmə Trampın xaricilər üçün səyahət qadağası təklifinin ilk iki versiyasının icraatını dayandırıb. Hazırkı səyahət qadağasının miqyası isə əvvəlkilərdə xeyli daha kiçikdir. Ali Məhləmə həmin qadağanın qanuniliyini yaxın həftələrdə müzakirə etməyə başlayacaq. Bu məsələ ilə bağlı qərarın iyun ayında veriləcəyi ehtimal edilir.

XS
SM
MD
LG