Accessibility links

Vitse-prezident Baydenin 46 yaşlı oğlu dünyasını dəyişib


Vitse-prezident Co Baydenin oğlu Bo Bayden
Vitse-prezident Co Baydenin oğlu Bo Bayden

ABŞ-ın vitse-prezidenti Co Baydenin oğlu beyin xərçəngi səbəbi ilə dünyasını dəyişib.

46 yaşlı Bo Bayden ABŞ-ın Delaver ştatının keçmiş baş prokuroru idi. Vitse-prezidentin böyük oğlu olan Bo Bayden bir il İraqda hərbi xidmətdə olub.

Vitse-prezident Baydenin oğlunun ölümülə bağlı verdiyi açıqlamada onun uzun sürən ağır xəstəliklə həyatda göstərdiyi iradə və cəsarətlə mübarizə etdiyi deyilir.

Bo Bayden Vaşinqton yaxınlığında yerləşən Uolter Rid (Walter Reed) hərbi xəstəxanasında müalicə olunurdu.

Prezident Barak Obama özü və birinci xanım Mişel Obamanın adından Co Baydenin ailəsinə başsağlığı bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG