Tibbi rəsmilər bu qənaətə gəliblər ki, ABŞ musqiqi ulduzu Uitni Hyuston-un ötən ay qəfildən ölməsinə səbəb onun suda boğulması, və bu insidenti yaradan səbəblər kimi kokaindən istifadə və ürək xəstəliyi olub.
Los Ancelels Tibbi Ekspertiza İdarəsi cümə axşamı verdiyi açıqlamada cinayətin baş vermədiyini elan edib. Hyustonun meneceri və baldızı Patrisia Hyuston deyir ki, onun ailəsi test nəticələrindən kədərlənib amma məsələyə nöqtə qoyulmasından məmnundur.
Yekun rəy Uitni Hyustonun ölümü ətrafında dolaşan spekulyasiyalara son qoymuş olur. Hyuston uzun müddət narkotika və alkoqollu içkilərə aludə olub.
48 yaşlı Hyuston fevralın 11-də Los Ancelesdəki otel otağında ölü halda tapılıb. O, sabahı gün Grammy mükafatları mərasiminə qatılmağı planlaşdırırdı.