Yeni araşdırmaların nəticələri E vitamininin çatişmazlığının uşaq düşməsinə səbəb olduğunu göstərib. Banqladeş qadınları üzərində aparılan tədqiqatların nəticələri göstərib ki, daha yaxşı pəhriz hamiləliyə müsbət təsir göstərir.
Baltimorda yerləşən Cons Hopkins Universitetinin alimləri illərdir yerli işçilərlə birgə Banqladeşdə ana və uşaq sağlamlığı ilə bağlı iş aparır. Araşdırmada yeni hamilə qalan qadının qanında E vitamininin dərəcəsi yoxlanıb.
Təhqiqata başçılıq edənlərdən biri Kerri Şults vitaminin səviyyəsi ilə uşaq düşməsi arasında əlaqə olduğunu deyir. “Hamiləliyin əvvəlində E vitamininin lazımi qədər olduğu qadınlarda uşaq düşürmə riski iki dəfə azdır.”
Əgər qanında E vitamini çox olan hamilə qadının 5 faizi uşaq düşürürsə, qanında E vitamini az olan hamilə qadının 10 faizi uşaq düşürür.
Vitamin E, qozlar və yağlar kimi müxtəlif ərzaq məhsullarında olur. Bunları hamilə qadınlara vermək məsləhət görülür. Banqladeşdə hamilə qadınlara vitamin B9 və dəmir həbləri verilir. Lakin Şults deyir ki, hamiləliyin son mərhələsində vitamin E-nin də əlavə edilməsi uşaq düşürmənin qarşısını almır.
“Əksər hallarda qadın hamiləlik müddətində vitaminləri elə vaxtda qəbul etməyə başlayır ki, onda artıq uşaq düşürmənin qarşısını almaq gec olur.”
Əslində Şultsun təhqiqat qrupunun işi mürəkkəbdir, çünki onlar vitamin E-nin iki forması üzərində işləyiblər. Bunlardan biri tərkibində alfa-tokaberol olan vitamin E-dir ki, bu, orqanizmdə ən aktiv vitamindir və hamiləliyə müsbət təsir edir. Lakin digər, qamma-tokoferoz olan forması isə uşaq düşmə riskini artırır.