Accessibility links

Viskonsin kazino restoranına hücum - 2 nəfər öldürülüb


Silahlı bir şəxs Viskonsin kazino restoranında iki nəfəri öldürüb və polisin onu öldürməsindən əvvəl üçüncüsü şəxsi ağır yaralayıb.

Braun mahalının şerif leytenantı Kevin Pavlakın bildirdiyini görə, müstəntiqlər silahlı şəxsin müəyyən bir adamı axtardığını düşünür.

Silahlı şəxs və qurbanların kimliyi hələ ki, məlum deyil.

Pavlak atəş açan şəxsin restoranın keçmiş işçisi olub-olmadığına əmin olmadığını, ancaq “görünür iş ilə bəzi əlaqələri olduğunu” deyib.

O, yaralının Milvauki xəstəxanasına yerləşdirildiyini bildirib.

Hücum mayın 1-də 19:30 radələrində ABŞ-ın Visconsin ştatının yuxarı qərb hissəsindəki Green Bay-də Oneida Nation tərəfindən idarə olunan Oneida Casino-da baş verib.

Kazino tweet ataraq silahlı hücum barədə məlumat yayıb.

Pavlak səlahiyyətlilərin aktiv silahlı hücum barədə məlumat aldıqdan sonra "taktiki xəbərdarlıq" çağırışı etdiklərini deyib.

Qubernator Toni Evers şənbə günü axşam hücuma görə “kədərləndiyini” bildrib.

Baş prokuror Coş Kaul axşam saat 10-dan bir az əvvəl tvit ataraq hadisə yerinin nəzarət altında olduğunu və artıq ictimaiyyət üçün təhlükə olmadığını yazıb.

XS
SM
MD
LG