ABŞ-ın Virciniya ştatında korrupsiya qalmaqalı bir müddətdir ölkədə xəbər başlıqlarından düşmür. Virciniya ştatının keçmiş qubernatoru Bob Makkdonnel və onun həyat yoldaşı Morin zəngin iş adamından onun şirkətinə üstünlük verilməsi müqabilində 165 min dollar dəyərində hədiyyələr almaqda ittiham olunur.
Bir zamanlar virciniyalıların səslərini qazanmaq uğrunda mübarizə aparan keçmiş qubernator Bob Makdonnel indi məhkəmədə adını təmizə çıxarmağa çalışır.
Bob Makdonnell: “Mən bu iddialarla bağlı heç bir şərh verə bilmərəm.”
Bu, Virciniyada qubernatorun rüşvət itihamları ilə qarşılaşdığı ilk haldır.
Makdonnellər qızlarının toyu üçün 15 min dollar da daxil olamqla biznesmen Conni Vilyamsdan bahalı hədiyyələr almaqda ittiham edilir.
Müdafiə Morin Makdonnellin Vilyamsa rəğbəti olduğunu bildirir və ittihamçının Makdonnellərin qubernator vəzifəsindən biznesmenin pəhriz malları şirkətinin təbliğ edilməsində istifadə etdiklərinə dair iddianı rədd edir.
ABŞ siyasətçilərinin məhkəmə işləri yeni bir şey deyil.
San Diyeqo şəhərinin keçmiş meri Bob Filner keçən il seksual zəmində təzyiqə görə məhkum edilib.
Florida ştatından konqresmen Trey Radel isə kokaindən istifadə etməkdə günhkar tanındıqdan sonra vəzifəsindən istefa verib.
Makdonnellərin işi kimi siyasi korrupsiya çox vaxt ABŞ mətbuatında jurnalist araşdırmalarının dərc olunmasından sonra başlayır.
Siyasi elmlər professoru Qventin Kidd: “Media deyir ki, bircə dəqiqə. Bu, qubernatorun qızının toy xərcini ödəmək üçün verlən çox böyük bir hədiyyədir. Burada görəsən nə var? Bizdə bu kimi halları araşdıran və onları üzə çıxaran media var. Bunun arxasınca prokurorlar burada mümkün cinayət ola biləcəyini deyir və təhqiqat aparmağa başlayır. Bəzən hökumət adamlarına qarşı ittihamlar irəli sürülür, bəzi hallarda isə sürülmür.”
Professor Kidin sözlərinə görə azad və açıq xəbər mediası korrupsiyanı cilovlamağa çalışır.
Qventin Kidd: “İnsan təbiəti olduğu kimi qaldıqca korrupsiya da olacaq. Buna görə də azad media və siyasi prosesdən müstəqilə ədliyyə lazımdır.”
Keçmiş qubernator həqiqətin üzə çıxmalı olduğunu deyir.
Günahkar tanınsalar Makdonnellər ömürlük həbs cəzası ilə qarşılaşa bilər.