Accessibility links

Dövlət ittihamçısı Vilyam Hacıyevə 13 il həbs istəyib


elektron məhkəmə
elektron məhkəmə

Dövlət ittihamçısı İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyevə 13 il həbs istəyib.

Bu barədə o, iyulun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə deyib.

Dövlət ittihamçısı, həmçinin, Hacıyevin 6 milyon 300 min manatlıq əmlakına və puluna həbs qoyulmasını məhkəmədən xahiş edib. Həbs qoyulmuş əmlakların dövlət nəfinə müsadirə olunmasını istəyib.

Yerli medianın yaydığı məlumata görə, Hacıyev məhkəmə istintaqının nəticələrinə etiraz edib və cinayət işinin təkrar araşdırmaya qaytarılmasını istəyib.

Ağır Cinayətlər Məhkəməsindən Amerikanın Səsinə növbəti məhkəmə iclasının iyulun 8-nə təyin olunduğunu bildiriblər.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 2020-ci il mayın 6-da İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirib, bu rayonun icra hakimiyyəti başçısı (artıq keçmiş) Vilyam Hacıyev həbs edilib.

Ümumilikdə hüquq mühafizə orqanları son illərdə bir neçə rayonda icra hakimiyyətlərinin binasında əməliyyatlar keçirib. Artıq beş rayonun (Akstafa, Yevlax, Biləsuvar, Neftçala və İmişli) icra hakimiyyəti başçıları olmuş şəxslərin hamısına təkrar rüşvət almaq, vəzifədən sui-istifadə və mənimsəmə ittihamı irəli sürülüb.

Prezident İlham Əliyev icra strukturlarında qanunazidd hərəkətlərə yol verənlərə qarşı bundan sonra da əməliyyatlar keçiriləcəyini istisna etməyib.

Azərbaycanda bir sıra ictimai xadimlər, hüquq müdafiəçiləri bu əməliyyatları islahatın imitasiyası kimi dəyərləndirir.

XS
SM
MD
LG