Accessibility links

Azərbaycan xarici işlər naziri Viktoriya Nulandla görüşüb


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Antalya şəhərində keçirilən NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək missiyasına töhfə verən dövlətlərin xarici işlər nazirlərinin iclası çərçivəsində bir sıra görüşlər keçirib

Xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək missiyasına töhfə verən dövlətlərin xarici işlər nazirlərinin iclası çərçivəsində Türkiyə, Belçika, Norveç, Bolqarıstan, Slovakiya və Xorvatiyanın xarici işlər nazirləri ilə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, həmçinin, ABŞ tərəfinin xahişi ilə nazir Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoria Nulandla görüşüb.

Mətbuat xidməti Viktoriya Nulandla müzakirə edilən məslələr barədə məlumat verməyib.

XS
SM
MD
LG