Accessibility links

Vyetnamda daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 199-a çatıb


Dövlət mediasının bildirdiyinə görə, Vyetnamda "Yagi" qasırğasının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri 200-ə yaxın insanın ölümünə, 128 nəfərin itkin düşməsinə səbəb olub.

Vyetnamın VNExpress qəzeti 199 nəfərin öldüyünü, 800-dən çox insanın yaralandığını bildirib.

Paytaxtdan keçən Qırmızı çayın suları bir qədər azalsa da, bir çox ərazilərdə hələ də suyun səviyyısi boyun hündürlüyünə qədərdir.

Hanoyun Tay Ho rayonunda insanlar bir küçə ilə yollarını davam etdirmək üçün dizlərinə qədər palçıqlı sudan keçməli olur.

Çərşənbə axşamı Vyetnamın şimalındakı Lao Kay vilayətində selin bütün Lanq Nu kəndini aparması ölənlərin sayını xeyli artırıb.

VNExpress-in verdiyi məlumata görə, yüzlərlə xilasedici çərşənbə günü sağ qalanları axtarmaq üçün yorulmadan çalışıb. Lakin cümə axşamı səhərə olan məlumata görə, 53 kənd sakini itkin düşüb, 7 cəsəd aşkar edilib və kənddə ölənlərin sayı 42-yə çatıb.

Forum

XS
SM
MD
LG