Vergilər Nazirliyi mütəşəkkil cinayətkar qrupu ifşa edib. Qrup 2011-2013-cü illərdə dövlət büdcəsinə bir neçə milyon manat vergi ödəməkdən imtina edib. Buna qədər qrup 106 şirkətin xidmətindən istifadə edib. Onları əvvəllər mühakimə olunmuş İlkin Abbasov yaradıb.
Turan agentliyi nazirliyin məlumatına istinadən bildirir ki, İ.Abbasov Allahyar Mirzəyevi 54 MMC-yə, Dərgah Əsgərovu 23 MMC-yə, Samir Fətullayevi 28 MMC-yə, Fikrət Kazımov və Əkbər İsmayilovun hərəsini birşirkətə rəhbər təyin dib. Qrup İ.Abbasovun istintaq təcridxanasında saxlanılan atası, “Qlobus M”-nin direktoru olmuş Cahangir Abbasovun xidmətindən də istifadə edib.
Qrup üzvlərinə qarşı mülki iddianın ümumi məbləği 6,6 mln manatdır. Qrup üzvləri istintaqdan yayınmağa çalışıb. Ötən ilin dekabrında dəstənin bütün üzvləri barəsində həbs qətimkan tədbiri seçilib.
Vergilər Nazirliyi bu qrupun böyük pullara necə yetişdiyi barədə yazmır. Məlumatda tender yolu ilə həyata keçirilən bir neçə dövlət satınalmasından (Samuxda iki kənd məktəbi tikintisi, Salyanda avtoyolun əsaslı təmiri) danışılır.