Accessibility links

Venesuelada iğtişaşlar vüsət alıb


Çərşənbə günü polisin devrilmiş müxalifət lideri Mariya Korina Maçadonun Milli Assambleyaya daxil olmasına icazə verməməsi Venesuelada hökumətə qarşı etirazların zorakılıqlarla nəticələnməsinə səbəb olub.

Bu, keçən həftə konqresdəki yerini itirdikdən sonra xanım Maçadonun ictimaiyyətlə ilk görüşü olub. Polisin gözyaşardıcı qazdan istifadə etməsindən və hökumət tərəfdarları tərəfindən hücuma məruz qalmasından sonra xanım Maçado və onun tərəfdarları Konqres binasının yerləşdiyi yerdən qaçmağa məcbur olub.

Küçələrə dağılan Maçado tərəfdarları polisə daş və əldəqayırma bombalarla hücum edib.

Milli radio ilə çıxış edən Venesuela prezidenti Nikolas Maduro etirazçıların tələblərini rədd edərək onları terrorçu adlandırıb.

Aylardır prezident Maduroya qarşı keçirilən etirazlar zamanı azı 32 nəfərin öldüyü deyilir.
XS
SM
MD
LG