Accessibility links

Venesuelada hökumətə qarşı nümayişlər davam edir


Prezident Nikolas Maduro və onun sosialist siyasətinə qarşı olan minlərlə insan rəqib düşərgələrin nümayişçilərinə qoşularaq, çərşənbə günü Venesuelanın paytaxtı Karakas küçələrinə axışıb.

Ölkə boyu hökumətə qarşı nümayişlərdə təhlükəsizlik qüvvələri ilə qarşıdurma zamanı iki nəfər ölüb.

Bununla üç həftədir keçirilən nümayişlərdə ölənlərin sayı 8 nəfərə çatıb.

Çərşənbə günü keçirilən nümayişlər zamanı Milli Qvardiyanın bir əsgərinin də öldüyü deyilir.

Prezident Maduronun da qarşılıqlı yürüş keçirmək üçün minlərlə tərəfdaşını topladığı deyilir. "Mən bu döyüşdə qələbə çalmaq istəyirəm. Mən bu qələbəni xalqın səsi və sülh yolu ilə qazanmaq istəyirəm. Mən erkən seçkilərdən tam qələbə ilə çıxmaq istəyirəm" deyə, prezident Maduro bildirib.

Maduro hökumətinin konstitusiyya zidd olaraq, müxalifəti susdurması və venesuelalıların fikrini ifadə etməsinə imkan verməməsinin ABŞ-ı narahat edir

Prezident Maduronun müxalifətin qarşısını almaq istəyi Vaşinqton rəsmilərini narahat edir. Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson Maduro hökumətinin konstitusiyya zidd olaraq, müxalifəti susdurması və venesuelalıların fikrini ifadə etməsinə imkan verməməsinin ABŞ-ı narahat etdiyini deyib.

Ölkədə etirazlar Ali Məhkəmənin Milli Assambleyanın nəzarətini müxalifətdən almaq qərarından sonra vüsət alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG