Accessibility links

Venesuela dipmolatlarını ABŞ-dan geri çağırır


Venesuela prezidenti ABŞ-ın ölkənin yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq etməsinə və Venesuelanı təhlükəsizliyə təhdid adlandırmasına etiraz əlaməti olaraq Birləşmiş Ştatlarda olan yüksək səviyyəli diplomatlarını geri çağırır.

Prezident Nikolas Maduro bu haqda açıqlamanı çərşənbə günü sanksiyaları tənqid etmək üçün hazırlanan tədbirdə elan edib. İlk dəfə ötən il tətbiq olunan sanksiyalar keçən həftə yenidən elan olunub.

ABŞ və Venesuela 2010-cu ildən bəri səfir səviyyəsində diplomatik əlaqələrə malik deyillər.

Venesuela Vaşinqtona səfir göndərilməsinə keçən il qərar versədə, ABŞ Dövlət Departamenti bunu qəbul etməyib.

XS
SM
MD
LG