Accessibility links

Kolumbiya - Venesuela sərhədində


Kolumbiya - Venesuela sərhədində
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Bir neçə ay bağlı qaldıqdan sonra Kolumbiya ilə Venesuelanı birləşdirən, Kolumbiyanın şərqindəki Kukuta şəhərinin Beynəlxalq Simon Bolivar körpüsü açılıb. Körpü açılandan bəri himanitar və siyasi böhran yaşayan Venesueladan insanlar Kolumbiyaya ərzaq və dərman almaq üçün axışır.

Hər gün ərzaq, dərman və başqa lazımi əşyalar almaq üçün Columbiya sərhədindən 50 mindən çox venesuelalı keçir. Venesuelalıların bəziləri üçün beynəlxalq körpünün yenidən açılması ərzaq alış-verişi etmək deməkdir. Körpü bağlı olan müddətdə Kolumbiyaya keçmək üçün venesuelalılar təhlükəli kənd yollarından keçirdi. “Bu, yaxşı oldu. Kənd yolları ilə getmək çox çətin idi” - deyə, Aleks adlı venesuelalı bildirir.

Bu kənd yolları aylarla venesuelalıların Kolumbiyaya getmələri üçün yeganə çıxış yolu idi. Kolumbiya polisi isə təhlükəsizlik baxımından bu yolları bağlamalı olurdu. Venesuela sakini Martin Kastro: “Cığırla getmək çox çətindir. Bəzən çayın səviyyəsi yüksək olur. Bu isə uşaqlar üçün təhlükəlidir.”

Körpü açıldıqdan sonra isə Kukuta şəhərinin rəsmiləri Venesueladan alış-verişə gələnlərin sayı həddən artıq çox olduğu üçün malların satışına məhdudiyyətlər qoyulacağı barədə xəbərdarlıq edib. Bu isə narahatlıqlara səbəb olub. Doris Bayez: “Hazırda məhdudiyyətlər satışın adambaşına olacağı deməkdirmi? Bəzi mağazalar bir nəfərə dörd torba un satır.”

Sərhəd yaxınlığındakı bəzi mağazalar artıq ərzaq satışına məhdudiyyət qoyub və qiymətləri qaldırıb. Kukuta sakini Paola Rohas: “Mən mağazaya gedib altı kisə un ala bilərdim. İndi bu mümkün deyil. Mağazalarda növbələr elə uzun olur ki, içəriyə girmək mümkün olmur. Mən növbədə iki saatdan artıq durmalı oluram.”

İqtisadçılar tələbatın artmasının çox miqdarda malı olan dükanlara ziyan vura biləcəyi barədə xəbərdarlıq edir. “Baş verənlər köpüyə bənzəyir, nə vaxt partlayacağını bilmirik. Venesuelalılar ərzaq almaq üçün gəlməkdə davam edir, dayansalar necə? Mağazalar ərzaqla doludur, onları alan olmayacaq” - deyə, iqtisadçı Aleksandr Batello bildirir.

Venesuelada siyasi və iqtisadi böhran sona çatmayınca, gündəlik ərzaq alışı sərhəd şəhəri üçün ən böyük problemlərdən olacaq. Venesuelada isə böhranın sonu hələ ki, görünmür.

XS
SM
MD
LG