Accessibility links

Venesuela müxalifəti ikigünlük ümummili tətilə səsləyir


Venesuela müxalifəti ölkədə ikigünlük ümummili tətilə səsləyir. Nümayişçilər prezidentin Nikolas Maduronun iyulun 30-da yeni konqres seçkilərinə dair referendumun ləğvini tələb edir.

Venesuelanın sosialist hökumətinə qarşı etiraz dalğası zəminində ölənlərin sayı 100-ü keçib.

Karakasda Milli Qvardiya nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Polislə toqquşmada son qurbanlardan biri 15 yaşlı oğlan olub.

Yeniyetmə cümə axşamı Venesuelanın qərbində Zulia ştatındakı nümayiş zamanı qətlə yetirilib.

23 yaşlı skripkaçı Uilli Arteqa nümayşlərin simvoluna çevrilib. O, qarşıdurmalar zamanı üzündən yaralanıb.

Xəstəxanada danışan Arteqo nəyin bahasına olursa, olsun mübarizələrini davam etdirəcəyini bildirib.

Onu məşhurlaşdıran aksiyalar zamanı skripkada ifa etməsi olub.

Yüzlərlə insan həbs edilib.

XS
SM
MD
LG