Accessibility links

Vəkil jurnalistin ölümü ilə bağlı yeni ittihamların irəli sürülməsi üçün vəsatət qaldırıb


Vəkil Əsabəli Mustafayev
Vəkil Əsabəli Mustafayev

Vəkil Əshabəli Mustafayev bu günlərdə döyüldükdən sonra bu il avqustun 9-da xəstəxanada dünyasını dəyişmiş jurnalist Rasim Əliyevin cinayət işinin istintaqını aparan müstəntiqlə görüşüb.

Vəkil Əsabəli Mustafayev Turan agentliyinə bildirib ki,müstəntiqə iki vəsatət təqdim edib. Vəsatətlərin biri cinayət materialları ilə tanışlıq olib.

Vəkil onu da bildirib ki, daha çox cinayətin mahiyyəinə aid sənədlərlə tanışlığı nəzərdə tutur. Bütün materiallarla olmasa da zərərçəkən tərəfin bəzi sənədlərlə istintaq başa çatmazdan öncə tanış olmaq hüququ var.

Rasim Əliyev
Rasim Əliyev

Daha bir vəsatət R.Əliyevə hücum edən şəxslərin mərhuma məxsus mobil telefon və pulqabını götürməsilə bağlıdır.

Ə.Mustafayev bildirib ki, bu epizodda soyğunçuluq və quldurluq elementləri var və buna görə ayrıca cinayət işi qaldırılmalıdır.

Vəkil R.Əliyevi döyən şəxslərə qarşı hazırda cinayət işinin 126-cı (ölümə səbəbə olan xəsarətlərin yetirilməsi) maddəsilə istintaq aparıldığını deyib. O, “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynova cinayəti bilib, xəbər verməməklə bağlı ittiham irəli sürülməsində maddənin düzgün tövsif olunmadığını bildirib.

Onun fikrincə, C.Hüseynov 120-ci maddə ilə təhrikçi, təşkilatçı kimi ittiham olunmalıdır.

“O beş nəfəri C.Hüseynov göndərib, bu adamların hara və nə üçün getdiyini də yaxşı bilirdi. Əgər Rasimlə söhbətə gedirdilərsə 1-2 nəfər də kifayət idi, 5 nəfərartıq konkret məqsəd - Rasimi cəzalandırmaq üçün gedirdi”, vəkil bildirib.

Rasim Əliyev vəfat edib
Rasim Əliyev vəfat edib

Vəkil Ə.Mustafayev müstəntiqin istintaqın obyektiv aparılacağını və günahkar olanların layiqli cəzalarını alacağını söylədiyini nəzərə çatdırıb.

Jurnalsit Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb, daha sonra xəstəxanaya yerləşdirilib, avqustun 9-u səhərə yaxın xəstəxanada vəfat edib. Ölümündən öncə R.Əliyev “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovla arasında sosial şəbəkədə söz “atışması” olması, daha sonra haqqında danışılan 5-6 nəfər tərəfindən fiziki zorakılığa məruz qalması haqda açıqlama verib.

XS
SM
MD
LG